Belə bir atalar sözü var: alim olmaq asandır, adam olmaq çətin. Ancaq bir məsələni vurğulamaq istəyirəm ki, bu ifadf o demək deyil ki, biz təhsilə, ziyalılara, alimlərimizə hörmətsiz yanaşırıq, əsla. Xalqımızın alimə, elm adamına, kitab əhlinə sevgisi olub , bundan sonra da olacaq. Ancaq neyləyək ki, Cəmil Həsənli kimilərin nə özünə, nə yaşına, nə başına, nə də əldə etdiyi "professorluğu", deputatlığı, var-dövləti gecə-gündüz böhtanlar yağdırdığı bu dövlətin sayəsində əldə etdiyini anlaya bilmir. Bir də, məgər hər insana "adam", yaxud da hər "başı" olan "alim" və "ağıllı" demək olar?.

Düz 27 ildir ki, müxalifətin, daha dəqiq desək düşərgədə paslanmaları ötən müddət ərzində hələ də "adam" ola biləmələri, əksinə zombiləşmələri kifayət qədər öz təsdiqini tapıb. Və elə buna görə də "adam" ola bilməyiblər ki, "lider" deyib yaxa-başlarını cıranlar haray-həşir salaraq stılmaqla öz erməniqulbeçələri olduqlarını göstərsələr də, bütün dünya ölkəmizin qəbul etdiyi yüzlərlə uğurlu reallıqları görür və bu xəsətə üfunət iyi verən düşərgə xəyanətkarları isə eşələnə-eşələnə qalırlar. Çünki bu xəyanətkarlar həm də dərdlərinə çarə tapılmayan viruslardır. Elə son aylar dünyanı ağuşuna alan koronavirus kimi bir epidemiyaya qarşı mübarizə aparan dövlət liderlərindən də güclü, hər bir sahədə düşünülmüş siyasət aparan Azərbaycan rəhbərinin ardıcıl addımlarının nəticəsində "Evdə qal" kampaniyasının nəticəsində insan tələfatı az olan birinci olmuşuq.

Ancaq bu bədbəxt Cəmil Həsənli kimi adam ola bilməyənlər bu reallığı hələ də anlamır və anlamayacaq da. Bir də nə etsinlər, onların xəstəlikləri o qədər inkişaf edib ki, hətta bir-birlərinə qarşı qorxu filmlərindəki zombilər kimi hücum edərək, qırışır, didişir, öcəşir və ... Sonra da düşürlər hakimiyyətin canına ki, bəs baş verən bütün uğursuzluqların səbəbi iqtidardır (?). Bir deyənləri yoxdur, ay "adam" olmağı bacarmayanlar, bir dəfə də əgər varsa, o papağınızı qoyun qarşınıza və fikirləşin ki, siz kimsiniz və xalq sizi niyə qəbul etmir? Nəyə görə artıq 27 ildir ki, eyni sözləri təkrarlayıb-durursunuz, hər seçkilərdə, ölkənin hər uğurunda, hətta bu günükü epidemiya şəraitində belə mitinq-mitinq deyə-deyə xalqın olan nifrətini daha artırırsınız. Elə zənn edirsiniz ki, hansısa media zombinizin hər dediyini qəbul edənlər var?

Ay bədbəxtlər, həqiqəti görməyən Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və ... canlı ikən ölülər bu gün Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır. İqtisadi inkişaf davam edir. Yaxşı, bəs nədir Sevinc Osmanqızı, Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli... kimi zombiləri narahat edən? Əslində məsələ bəllidir. Bu kimi digər "lider" zombiləri, ümumiyyətlə, ölkədə uğurları, xalqımızın rifahının günbəgün yüksək səviyyədə yaşamasını istəmirlər. Yalandırsa, onda ömrünüzdə bircə dəfə "kişilik", "cürət" tapıb birləşsinlər. Bu, qətiyyən olmayıb, olmayacaq da. Bu zaman daha bir sual: İstəmirlərsə, onda buralarda nə ...? Ümumiyyətlə, 27 ildir nə qələt edib "biz gəliriklərlə" insanların zəhləsini aparırsınız? Bəlkə kifayətdir a zombilər?

Bax, bu yerdə nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Vətən daşına, xalqına, əqidəsinə, məsləkinə dönük çıxanlar heç olmasa bu yaşınızda anlayın ki, ölkəmizi müstəqillik yolundan, güc və qüdrətli olmaqdan döndərmək mümkün deyil.

Və gec-tez etdiyiniz cinayətlərə görə cəzanızı qanun qarşısında alacaqsınız. Çünki antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdləri, dələduzluqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməz!

Və tarix və onun canlı şahidləri Ə.Kərimlinin iblis xislətli hiylələrini, xəyanətlərini heç vaxt unutmayacaq, necə ki, bu gün hər şey üzə çıxır. Bəlkə kifayətdir a zombilər?

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə