Yenə də boş başdan köhnə təfəkkür, pas atmış düşüncə, boğazdan yuxarı çıxışlar. Yenə də sosial şəbəkələrdən çağırışlar edən bu kimi və.. və…bu kimi xalqın düşmənləri nə qədər riyakar, mənəviyyatsız və əxlaqsızlardır. Çünki dünya koronavirus pandemiyasında çalxalandığı bir zamanda, həmçinin, dünənə kimi özlərini ən aparıcı dövlətlər sırasına aid edən ölkələr epidemiya böhranının demək olar ki, bütün zərbələrini, ağrı-acılarını çəkdikləri və dayanmayan insan itkiləri, infeksiya yoluxanların sayının hətta proqnozlaşdırılan məcradan da kənara çıxaraq kütləviləşdiyi bir təlaşlı anda Azərbaycan dövlətinin koronavirusla mübarizəyə başlayan gündən ciddi və ardıcıl addımlar atması nəticəsində uğurlu insan itkisi və bu viruslara tutulanları sayı azlıq təşkil etdiyi halda görəsən özlərini "müxalif qüvvə" adlandıranlar nə istəyir? Hələ də anlamırlar ki, bu gün Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir.

"Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib: "Bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik qərarı sayəsində vaxtı ilə ölkədə Dövlət Neft Fondu yaradılıb və Prezident İlham Əliyev bu fondun səmərəli işini təmin edib. Buna görə, bu gün xüsusi karantin rejimi zamanı aztəminatlı ailələrə maddi yardım göstərmək üçün kifayət qədər vəsait var".

“Koronavirus dünyanın bəlasına çevrilib və bütün ölkələrin, öz vətəndaşları qarşısında başlıca məsuliyyəti bu problemlə mübarizəyə mümkün qədər hazır olmaqdır. Ukrayna hökuməti də, Avropanın digər ölkələrində olduğu kimi, virusun ölkəyə yayılmaması üçün əlindən gələni edir…Bu gün çox ölkələr Azərbaycanda həyata keçirilən tədbirlərdən istifadə edir".

Bəli, düz 16 ildən çoxdur ki, Azərbaycanın dövlət başçısının apardığı uğurlu siyasət həmişə nümunə olub. Çünki bu siyasət Prezident İlham Əliyevin düşünülmüş siyasətidir.

Belə olan halda bu gün koronairusdan da betər olan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və…və… buk imi satqın, mənəviyyatsız və özündən müştəbehlər müxtəlif sosial şəbəkələrdə hətta ümummilli məsələlərdə belə, düşmənçilik maraqlarını sərgiləmələri nə qədər ikrah və nifrət doğurur. Və köhnə təfəkkürlü belələrinin danışdıqları kimsəyə maraqlı deyil. Bu yerdə bir el məsəlini demək yerinə düşür: milçək bir şey deyil, könül bulandırır...

Bax, bu gün bir daha Azərbaycan xalqı əmin oldu ki, öz seçimində əsla yanılmayıb. Və bunu nəticəsidir ki, hətta ən fors-major hallarda dövlət öz vətəndaşını qayğısı ilə əhatə edib və o cümlədən, vahimə trayektoriyasından çıxa bilməyən bir sıra ölkələrə örnək, nümunə olaraq təqdim olunmaqdadır.

Bir də, bu satqın və riyakarlar, daha doğrusu xalqa düşmən olan Əli Kərimli, Cəmil Həsənli kimiləri bütün mənəviyyatını, hətta ailəsini belə satan Sevinc Osmanqızı kimi rəzillərlə «bir olmaları» və «çıxış yolu mitinq etməkdir» çağırışları və yöndəmsiz iddiaları ancaq xalqda nifrət doğurur, xalqın heysinə toxunur. Xalq bu gün onların cəzalandırılması tələbi ilə çıxış edirlər. Çünki xalq 27 ildən çoxdur görür ki, istər ölkə daxilində, istərsə də xaricdə oturub məlum qüvvələr tərəfindən bəslənən və ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq üçün istifadə olunan ünsürlər üçün xalq, millət, dövlətçilik faktoru heç vaxt önəm daşımayıb. Onlara lazım olan erməni lobbisi və həmin lobbinin pulları hesabına fəaliyyət göstərən xarici qurumlara yalmanıb, dollar və avro qazanmaqdır. Və bu gün Əli Kərimli, Qənimət Zahid, Cəmil Həsənli … kimi ünsürlərin hər gün Sevinc Osmanqızının canlı efirlərində çənə vurmaları , necə deyərlər: boş çanağı, dolu çanağa vurmağa bənzəyir. Ancaq siyasi quldurlar, Vətən xainləri bilməlidirlər ki, onlanin hər hansı bir dəstəklərinə xalqın ehtiyac da yoxdur. Necə deyərlər, dövlətimiz, hakimiyyətimiz, xalqımız var olsun! Çünki Azərbaycanda vətəndaş amili daim öndə olub. Son günlərdə Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlər, imzaladığı fərman və sərəncamlar və bunların icrası ölkəmizdə uzun illərdir reallaşdırılan inkişaf konsepsiyasının davamı, tərkib hissəsidir.

Qısası, bugün küt təfəkkürlü dağıdıcı düşərgə quldurlarının daha deyəcəyi bir şey qalmayıb, qalan isə. «mitinq, mitinq»dir. Çünki «mitinq» keçirməklə hakimiyyətin uğurlu addımlarını öz ayaqlarına yazmaq, bu da alınmayanda ləkələmək! Ancaq bu baş tutmayacaq.

Çünki onlar üçün dəyər adlı hər hansı bir sistem qalmayıb... Amma bu siyasi etiketlərdən kənar qüvvələrin nə deməsindən, hansı böhtanı, şəri, yalanı ixrac etmək istəməsindən asılı olmayaraq, bu gün Azərbaycan dövləti dünya koronavirus pandemiyasında çalxalandığı bir zamanda iqtisadi-siyasi, sosial cəhətdən möhkəmlənir, inkişaf edir. Görünür, sözdə müxalifət öz inkişafını görməzlikdən gələrək, indiə də Azərbaycanın belə bir çətin dövrdə davam edən inkişafından ciddi şəkildə narahat olmağa başlayıb. Ancaq yaxşı olardı ki, bu quldur və satqınlar canlarında olan satqınlıq virusundan xilas olmaq üçün narahat olmağa başlasınlar...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə