Destruktivlik və satqınlıq müxalifətin fəaliyyət prinsipidir

Bu günükü mövcud faktlar və reallıqlar təsdiq edir ki, cəmiyyət tərəfindən qətiyyətlə rədd edilən dağıdıcı xislətli müxalif partiyalar və onların funksionerləri koronovirus epidemiyasının dünyanı ağuşuna almasından məkrli şəkildə istifadə edərək, təxribatlar yaratmaq kimi qeyri-sivil və antikonstitusion əməlləri ilə gündəmə gələməyə çalışırlar. Son günlər AXCP, Müsavat, “Milli Şura” yetkililərinin söylədikləri fikirlər, “Osmanqızı”, “Turan ” kimi təxribat maşını olan internet TV-lərə verdikləri müsahibələri və irəli sürdükləri absurd iddiaları bir daha onların anti-Azərbaycan dairələrin sifarişi ilə fəaliyyət göstərdiklərini nümayiş etdirirlər. Amma omlar heç nəyə nail ola bilməyəcəklər. Çünki, xalqına və dövlətinə qarşı xəyanətkar mövqe tutmuş hər bir qüvvənin sonu fiaskodur. Cəmiyyətin maraqlarına qarşı çıxanlar uğur qazana bilməzlər. Bu baxımdan Ə.Kərimlinin, A.Hacılının, C.Həsənlinin və digər ünsürlərin pozucu niyyətləri fiakoya uğrayacaq və lazımi qiymətini alacaq. Bütün dövrlərdə belə olub, bundan sonrada belə olacağı şübhəsizdir. Yaxın keçmiş də baş verənlərə ani nəzrə yetirsək, hər şey bir daha aydın olar. Dağıdıcı müxalif ünsürlərin 1998-ci ilin prezident seçkiləri ərəfəsində Bakının mərkəzində törətdiyi iğtişaşlar nəticəsində şəhərə milyonlarla manat zərər vurmasını, 2000-ci ilin noyabrında törətdikləri Şəki hadisələri, 2003-cü ilin 15-16 oktyabr iğtişaşları, eləcə də 2005-ci ilin oktyabrında qarşıdurmala yaramaz, pozucu düşərgənin əsl iç üzü bir daha görünür. Bu ünsürlərin əsas mübarizə metodları qarşıdurma və iğtişaşlar yaratmağa cəhd etmələridir.

Əli Kərimlinin ağlılında problemlər üzə çıxır

AXCP və Müsavat kimi partiyaların funksionerləri təxribatların törədilməsinə rəvac verməklə məqsədlərinə çatmaq üçün bütün qeyri-qanuni əməllərdən yararlanmağa hazır olduqlarını ortaya qoyurlar. АСДП сядри Араз Ялизадя bildirir ki, pozucu yolu tutmaları səbəbindən müxalif partiyalar dağılırlar: “Birlik yaratmaq, cəmiyyətin maraqlarından çıxış etmək müxalifətə yad olan prinsipdir. Dəfələrlə iqtidar-müxalifət dialoqu qurulsa da AXCP və Müsavat bu diaoloqda iştirak etməyiblər. Bununla da xalqdan ayrı düşdüklərini, xalqa arxa çevirdiklərini nümayiş etdiriblər. Haqlı və əsaslı olaraq aprelin 14-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə də Prezident İlham Əliyev bir sıra məsələrdən danışıb və dağıdıcı müxalifəti milli və dövlətçilik maraqlarına zərbə vurmağa çalışdığı üçün sərt tənqid edib. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır: “O ki, qaldı bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır”.

Müxalifətin ermənipərəst dairələrlə iş birliyində olduğu sübuta yetirilir

Bir sözlə, xalqın etimadından birdəfəlik məhrum olan, əsl müxalifət imicini itirən AXCP, Müsavat funksionerləri siayasi arenada qalmağın "nicat yolunu" yalnız qarşıdurmalarda iğtişaşlar törətməkdə görür və bunun üçün anti-Azərbaycan mövqedə dayanan xarici dairələrlə əməkdaşlıq edir. Xüsusi ilə də, Azərbaycanın son illər keçdiyi dinamik inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması, müstəqil siyasət yürütməsi bir sıra xarici siyasi dairələrdə olduqca narahatçılıq doğurur. Xarici maraqlı dairələr Xüsusən, ermənipərəst mövqedə dayanan məkrli dairələr zaman-zaman Azərbaycanda qarışıqlıq yaratmaq üçün müxtəlif üsullardan, o cümlədən AXCP və Müsavat funksionerlərindən alət kimi istifadə edirlər. Məhz bu məkrli dairələrin təhriki ilə müxtəlif vaxtlarda Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, C.Həsənli və digərləri qarşıdurmalar yaratmağ, iğtişaşlar törətməyə cəhdlər göstəriblər. Əsasən də, Ə.Kərimli daha çox xarici ağalarından pul almaq üçün hər cür rəzilliyə gedib, çirkin vasitələrə əl atır. Bu baxımdan Ə.Kərimlini ifrat yaramaz xislətli “siyası” dəllal hesab olunur. Azərbaycan Demokrtat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, müxalifətə hər hansı maddi, mənəvi dəstək olursa, Ə.Kərimli bunu özü almağa çalışır: “Yoxsa, onun addımlarının milli maraqlar, yaxud insan haqları məsələsi durmur. Misal üçün, onların məhbuslarla bağlı mitinqlərində Müsavat iştirak etdi. Amma onlar Müsavatın mitinqində iştirak etməmək qərarını veriblər. Bu nə deməkdir? Necə olur, insan haqlarını müdafiə etdiyini deyirsən, amma başqası müdafiə edəndə onun əleyhinə qərar verirsən. Bu, onların hər bir məsələ arxasında qrup maraqlarının olduğunu göstərir”.

S.Cəlaloğlunun sölərinə görə, Ə.Kərimli və ətradında olanlarr zavallı qaraguruh təbəqədir: “Ağıl, şüur cəhətdən inkişaf etməyiblər. Onlarda siyasi mədəniyyət deyilən şey yoxdur. Əllərindən söyüş söyməkdən başqa heç nə gəlmir. İnsanın arqumentləri qurtaranda dərhal söyüşə keçir. Əli Kərimlinin istefa vermiş müavinlərindən biri şəxsən mənə demişdi ki, Əli bəyin tapşırığı ilə sosial şəbəkələrdə 20-30 nəfərlik qrup düzəldiblər. Onların işi ancaq şəbəkədə oturub virtual aləmdə AXCP-ni, Əli Kərimlini müdafiə etmək və başqalarına qarşı təhqir kampaniyası aparmaqdır. Bunu dəqiq bilirəm. "Onlar "kim bizim kimi düşünmür, yanımızda deyil, deməli, düşməndir" yanaşması ilə yaşayırlar".

ADP səri onu da bildirib ki, vaxtilə Ə.Kərimli “İctimai Palata”da Müsavatla bir yerdə idi, onda müsavatçılara dost deyirdilər: “Ayrılan kimi onları düşmən elan etdilər. Sonra Milli Şurada bir araya gəldilər, yenə dost dedilər. Müsavat çıxan kimi xain elan etdilər. Bu adamın psixologiyası belədir. Hər şeyi öz yanaşması ilə ölçür. Ona kim yaxındır, deməli, doğrudur, ona qarşı olanlar xaindirlər. Xədicə İsmayıl isə Əli Kərimlini müdafiə etdiyini özü də təkzib etmir. O, AXCP-nin ən yaxın təbliğatçılarından biridir. Ümumiyyətlə "Azadlıq radiosu"nun böyük əksəriyyəti AXCP-dən yaxud "Azadlıq" qəzetindən çıxanlardır, yaxud Əli Kərimliyə yaxın olanlardır. Vaxtilə Bakı bürosunun sədri olmuş biri də "Azadlıq" qəzetinin əməkdaşı olmuşdu. Xədicə İsmayıl jurnalistdən çox xəfiyyə kimi davranır”.

Bir sözlər, müxalifətin dağıdıcı qanadı, tam şəkildə , özlərini xarici maraqlı dairələrə təslim ediblər. Nədi-nədi qarşılığında pul-para alırlar. Pula görə milli və dövlətçilik maraqlarını satanların bir adı var, satqın və xəyanətkarlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə