Cəmil Həsənli hər dəfə əsl sifətini göstərir…

Belə bir söz var: insanın bir sifəti olar. Bu günlərdə jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə AXCP sədri Əli Kərimli ilə bağlı yazısını oxuyarkən dedikləri ilə tam şərik olduğumu bildirdim. E.Fəttullayev yazır ki, "siyasətçi ikiüzlü tərzdə yalan danışa bilərmi?! Yalan danışmalı, ya danışmamalı - budur bütün məsələ. Dünyamız qədər əbədi olan bu dilemma mənəviyyatçılarla makiavelliçiləri az qala keçilməz barrikadalar kimi ayırıb. Lakin biz hamımız, demək olar ki, siyasətdə makiavelliçilərin çoxluğu ilə barışmışıq, teatr səhnəsindəki bütün aktyorları ya şir, ya da tülkü kimi qəbul edirik. Azərbaycanın siyasi səhnəsində məğrur və əyilməz şirlərdən daha çox kürən və hiyləgər tülkülər var-gəl edir. Makiavelliyə görə, nağıllarda və elə təbiətdə olduğu kimi, tülkü siyasətçi kişiliyi və şərəfi deyil, qəddar yalanı simvolizə edir".

Bəli, bu gün satqın Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və bu kimi ikiüzlü kürən, hiyləgər, şərəfsiz, əxlaqsız, mənəviyyatsız makiavelliçiləri var. Və özlərini "lider" sayan bu satqınlar hətta, özlərini "görkəmli, tarixi şəxsiyyətlərə" bənzədirlər. Ən çox da üz-gözündə əxlakqsızlıq cizgiləri aydın şəkildə görünən mənəviyyatsız Əli Kərimli, Cəmil həsənli, Arif Hacılı, Gültəkin hacıbəylilər bu iddia ilə çıxış edir və özlərinə layiq olmadığı uğurlarına və siyasi həyatlarına görə borclu olduğu liderin üstündən qalın xətt çəkir, əsl sifətlərini göstərirlər.

Xüsusilə də son günlər özlərini «müxalifət» adlandıran və «Mili Şura»nın «ağsaqqalı», daha doğrusu», əl kuklası kimi idarə olunan sədri Cəmil Həsənli yenə də özünə hörmət qoymayaraq bambılı kimi düşüb ortaya. Hər zaman belə olub, indi də belə bir dövrdə – dövlətin koronavirusla mübarizədə bir sıra və ardıcıl, önəmli addımlar atması və nəticədə xalqımızın öz dövlət başçısı ətrafında həmrəylik göstərməsinə belə qısqanclıqla yanaşan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid kimi min sifətli satqınlar və onların xaricdəki havadarları sadəcə və sadəcə erməni dəyirmanına su tökməklə məşğuldular. Belə ki, bu satqınların Azərbaycan hakimiyyətini koronavirus pandemiyasının yayılmasının qarşısını alınması məqsədi ilə ölkəmizdə tətbiq olunan ciddi karantin rejimindən siyasi maraqları üçün istifadə etməsi ətrafında sərsəm iddiaları ictimaiyyət tərəfindən ciddi nifrətlə qarşılanır və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər. Ən nifrət doğuran isə, dövlətin koronavirusla mübarizədə atdığı ardıcıl və önəmli addımlardan yerində qıvrıla-qıvrıla qalan C.Həsənlinin ardıcıl olaraq sosial şəbəkələrdən sərsəm fikirlər səsləndirərək bildirir ki, «evdə qalmaqla «problemlər həll olunmur. Bunun çıxış yolu mitinqlərdir». Nə qədər gülünc və istehza doğuran «çıxış yolu». Ay bədbəxt C.Həsənlli, 27 ildir ki, mitinq keçirisiniz, hansı «problemi həll» etmisiniz?. Bu təəccüb də doğurmur. Çünki istər Ə.Kərimli, istər C.Həsənli, istər G.Hacıbəyli və digər satqınlar anti-Azərbaycan mövqedə dayanan və xaricdən istiqamətləndirilən, proqramlaşdırılan, maliyyələşdirilən subyektlərdir və xüsusilə də, bu gün C.Həsənlinin sosial şəbəkələrdə Azərbaycan dövlətinin apardığı önəmli addımlarına qarşı böhtanlı fikirlər səsləndirməsi bir daha onun bütün eybəcərliklərini, anti-Azərbaycan mövqedə durduğunu tam çılpaqlığı ilə nümayiş etdirməkdədir. Doğurdan da, insanda abır-həya yaxşı şeydir. İnsan özünün ləyaqətinə hörmət etməlidir. Ancaq C.Həsənli kimilər "insan" ola bilməz.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən C.Həsənli illərdi ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusdur ki, bunun qarşısını almaq sadəcə mümkün deyil. Necə ki, bu gün AXCP sədri Əli Kərimli və "Milli Şura" sədri Cəmil Həsənli bu gün bir-birilərinə "tərif" deyir, az keçməmiş başlayırlar quyu qazmağa. Bu da təəccüb doğurmur, çünki xəyanətkar xəyanətkarın yanında olar. Və bu yerdə Cəmil Həsənli, heç olmasa öz yazdığın "Ağ ləkələrin qara kölgəsi" çızma qarasını gözünün qabağına gətirə. Ancaq gətirə bilmirsən, çünki, sənin kimi Əli Kərimli də xəyanət, qisaslar, intriqalar toplusudur. AXCP sədri Əli Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsalar da, həmişə sözləri əməllərinə zidd olub. Əli Kərimlinin siyasi karyerası, əslində, sonsuz xəyanətlər, qisaslar, intriqalar toplusudur: o, Azərbaycanda hakimiyyətə gəlmək üçün ölkənin və millətin düşmənləri ilə də separat danışıqlar aparıb, sövdələşib, "maliyyə dəstəsi" və qrantlar qismində paylar alıb, üzərinə öhdəliklər götürüb, sonra hakimiyyətlə danışıqlara can atıb, yenə vədlər verib - amma sonda hamını aldatmağa çalışıb.

Bax, budur həqiqət. Ona görə də, Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan Ə.Kərimli-C.Həsənli kimi anti-milli ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə