Hər bir cinayətkar etdiyi cinayətlərinə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq, həbs edilməlidirlər. Elə "Sülh və Demokratiya İnstitutu" adlı təşkilatın təsisçisi və direktoru Leyla Yunus Azərbaycan qanunları çərçivəsində cəzasını aldı. Sonradan L.Yunus Azərbaycan dövlətinin humanistliyi nəticəsində, azadlığa buraxılıb.

Lakin bu satqınlar, bu humanistltyi anlamayaraq, qərəzli bəyanatlarla "siz filankəsi həbsdən azad etməlisiniz" çağırışlar edirlər. Nə qədər qəribə olsa da, "bulanıq suda balıq tutmaq" sevdasına düşmüş bu məxluq ömrü boyu ermənipərəst mövqeyi ilə seçilib, əməlləri ilə erməni maraqlarının təminatçısı kimi tanınıb. Bir çox hallarda ermənipərəst mövqeyini gizlətməyərək beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Heç kimə sirr deyil ki, onun Azərbaycan haqqında reallıqdan uzaq, böhtan xarakterli məlumatlar yayması dəfələrlə ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Azərbaycan ictimaiyyətinin nümayəndələri düşmən dəyirmanına su tökən L.Yunusun mütəmadi tamaşaya çevirdiyi hay-küyünə tutarlı cavab verib və ölkəmizin nüfuzuna xələl gətirmək istəyən şəxsi qınayıblar. Qınayıblar ona görə ki, necə insan, vətəndaş və ən nəhayət, qadın olasan ki, yaşadığın, torpağı üzərində gəzdiyin, çörəyini yediyin ölkəni belə asanlıqla yada sata biləsən.

Amma görünür, bu unsana Vətəni satmaq, Vətənə namərd gülləsi vurmaq elə də çətin məsələ deyil. Çünki L.Yunusun qaranlıq fəaliyyətin qaranlıq sonu belə olur. Bir də siyasi proseslərdə heç nə təsadüfi olmur. Bu, zaman-zaman deyilmiş və praktiki olaraq, təsdiqini tapmış məsələdir. Bu gün ölkədə keçirilən hər seçkidə olduğu kimi, indi də 9 fevral parlament seçkisindən sonra cinayətkar, erməni lobbisinə xidmət edən, damarlarında erməni qanı axan qondarma "hüquq müdafiəçisi" L.Yunusun, əxlaqsız X.İsmayılın 8 mart ərəfəsi qadınlara çağırışlar etməsi tərbiyəsiz və mənəviyyatsızlıqdan başqa, bir şey deyil. Çünki bugünkü hakimiyyətin kimə qulluq etdiyi və gördüyü işlər, nəinki 10 milyonluq xalqın gözü önündədir, eyni zamanda, bütün dünya dövlətiləri bu dövlətə, xalqına etdiyi xidmətləri görürü və qiymətləndirir. Sizin kimi koronaviruslar isə, ancaq

bütün mənliyinizi erməninin 5 qəpiyinə belə satanlarsınız. Belə olmasaydı, canını Vətəni, xalqı yolunda qurban verənləri Xədicə kimi əxlaqsız, L.Yunus kimi erməniyə yıxılan cinayətkar, Ə.Kərimli, İ.Qəmbər, C.Həsənli və ... kimi erməni qulbeçələri və cinayətkarları erməni xüsusi xidmət orqanlarının təlimatlarını icra etməzdilər.

Bəli, bu gün xalq hər şeyin sonu olduğunu görüb, qaşınmayan yerdən qan çıxarmağın da sonudur və bu günə kimi bayağı aksiyalar vasitəsi ilə heç bir şeyə nail omamısınız. Artıq tamam, süni şəkildə, zorla ictimai rəyə sırımağa çalışmaqla birə - on qat nifrət qazanırsınız. Bizcə, bu deyilənlərdən sonra artıq şərhə də ehtiyac qalmır. Məhz bu kimi fəaliyyət bu mənəviyyatsız və satqının Vətən xaini simvoluna çevrilməsini labüd edib. Bu labüdlük isə, artıq onun alnında damğaya çevrilib. Özü də rəzalət damğasına.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə