Osmanqızını Kərimliyə bağlayan nədir?

Bir atalar sözü var: "sapı özümüzdən olan baltalar", bir də sapları çürük olan baltalar. Hər ikisi dağıdıcı xislətli müxalifətə aiddir. Belə ki, AXCP sədri Əli Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı, Müsavatın sabiq başqanı İsa Qəmbər və bunların yetirmələri Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl və Avropada oturub vətənini, xalqını satanlar satıla-satıla gerçək üzlərini göstərməkdədirlər. Bu gün sosial şəbəkələrdə onun-bunun sifarişlərini canla-başla həyata keçirən, əvəzində böyük məbləğdə dollar, avro əldə edən və bununla da, Vətəninin maraqlarını amerikan, ingilis və s. ölkələrin xəfiyyələrinə satan Sevinc Osmanqızı hər gün Ə.Kərimlini "Osmanqızı" TV-də canlı yayıma çıxararaq şər və böhtanlarını, qərəzli fikirlərini ictimaiyyətə sırımağa çalışması bir daha hər ikisinin mənəviyyatsız olduğunu sübut edir. Onları bir-birilərinə yaxınlaşdıran da illər boyu rusun, farsın, erməninin, ingilisin, amerikalının, norveçlinin maşası, quruqbulayanı olduqlarını sübut edir. Bir də belə əxlaqsız və mənəviyyatını bütünlüklə qrantlara satan belə nakəslərdən başqa nəyi gözləmək olar?! Avropaya "siyasi mühacir" statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salan S.Osmanqızı, Ə.Kərimli kimi nəsli, nəcabətini erməniləşdirən nacinslərdən nə gözləmək olar? Ən bədbəxtçilik də budur ki, S.Osmanqızı formalaşmış satqındır.

Avropada sülənən satqın Q.Məmmədov da elə biz deyəni dedi: "Əli Kərimli gəda, S.Osmanqızı ləçərdir. Bir bezin qırağıdırlar. Buna görədir ki, kanalları Ə.Kərimli alıb əlinə və idarə edir, bir də o, kişi geyimini dəyişsə yaxşıdır".

Elə biz də bu fikri deyəndə, başlayırlar ki, "əxlaq" dərsi keçməyə. Q.Məmmədovun dediyi kimi: "əxlaq əsl kişiyə aiddir, daha Ə.Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir. Özünü başqa əxlaq sahibi kimi aparır. Bütün dünyaya sübut etmişəm ki, 26 ildir Ə.Kərimli, C.Həsənli və Arif Hacılı bu xalqa təlqin edir ki, günahkar xalqdır. Ayıq olun, bunu bilin. Zaman gələcək Ə.Kərimli, arxivlər açılacaq. Sən kimsən, Elçibəyə nələr eləmisən, nə təbliğat aparmısan, Kələkidən Bakıya necə gəlmisən, Bunların hamısını ortaya qoyacağıq. Eyni ilə S.Osmanqızı, onun dədəsinin goru çatlayır indi. Bu övlad atasına hər gün lənət oxutdurur. 40 minlik kanal

bağlatdıranda oxudu ki, guya adını demədiyi bir tələbə buna yazıb ki, "dekan buna AzeriFreedomu layk edin, Osmanqızının kanalını isə dislayk edin"". Bu, nə yalandır, bu nə tərbiyəsizlikdir? Hanı sübut? Əli Kərimliyə nə qədər yalanacaqsan?"

Bax, budur satqınların formalaşmış siması. ABŞ-a sığınmış Sevinc Osmanqızı kimi əxlaqsızlar "YouTube" kanalında parlament seçkilərindən sonra mitinqlərdən bəhs edərək, "hakimiyyətin əzab verdiyi xalq"dan danışanda belərini necə də əxlansız adlandırmayasan?.

Özünü tərəfsiz, "xalq fədaisi" kimi Azərbaycan cəmiyyətinə sırımaq istəyən bu əxlaqsız S.Osmanqızının Amerikaya hansı yolla, necə gedib çıxmasına dair internet resurslarında yüzlərlə faktlar var. Hansı ki, S.Osmanqızı o faktların, iddiaların heç birinə tutarlı arqument gətirməməklə, obyektiv münasibət bildirməməklə deyilənlərin heç də təsadüfi olmadığını nümayiş etdirib. Xüsusilə, 9 fevral parlament seçkilərindən sonra S.Osmanqızı "jurnalistliyi" bir kənara atıb radikal çağırışları ilə ad çıxaran AXCP-yə, daha dəqiq desək, həmin partiyanın sədri Ə.Kərimliyə mətbuat katibliyi etməklə məşğuldur. Bunu onun son dövrlər efirə hazırladığı videolardan, təşkil etdiyi müsahibə və müzakirələrdən aydın sezmək olur.

Bu yerdə YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzovun dediyi fikirlə sözümü bitirmək istərdim: "Qibləsini tanımayan Əli Kərimli ilə Sevinc Osmanqızının qibləsi Qərbdir".

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə