Əxlaqsızlığın və rəzilliyin özü – QƏNİMƏT ZAHİD!

Qənimət Zahid hələ də bar-bar bağıraraq “ədalətdən”, “düzgünlükdən” dəm vurur, özünü “aydan-arı, sudan duru” göstərib, guya heç vaxt kimdəsən pul almadığını, şantajlar etmədiyini, hətta Avropa tərbiyəsinə xas həyat tərzi sürdüyünü deyir. Bəs bu həqiqətdirmi? Əlbəttə ki, əsla! Lakin Qənimət Zahidi tanıyanlar yaxşı bilirlər ki, o hansı “yuvanın quşudur” və hazırkı dövrə qədər nə qədər xəyanətlər edib, yararsız həyatını ölçüyəsığmaz qədər tərbiyəsiz işlərə həsr edib, şantajçılıq, sabotajçılıqla məşğul olub. Yeri gəlmişkən, bu həmin Qənimət Zahiddir ki, vaxtilə “Azadlıq” qəzetinə baş redaktorluq edərkən orta ranqlı məmurlardan, iş adamlarından pul alıb və həmin pulları eyş-işrət məclislərinə xərcləyib. Hətta 2007-ci ildə Sevgiladə Quliyeva adlı qadına “Azərbaycan” Nəşriyyatının qarşısında sataşdığına və döydüyünə görə məsuliyyətə cəlb olunan, Xocalı faciəsinin öldönümü günü “Üç Palma” restoranında “Azadlıq” qəzetinin əməkdaşı olmuş Azər Əhmədovla birgə Özbəkistandan olan fahişələrlə min-bir oyundan çıxan da məhz Q.Zahiddir və bunu kimsə unutmayıb. O da unudulmayıb ki, Qənimət Zahidin yanındakı Azər Əhmədov öz baldızının qızı ilə intim münasibətdə olub və onun rüsvayçı videosu ictimailəşdikdən sonra ölkəni tələm-tələsik tərk edib.

Özünü Fransadakı erməni lobbisinin qucağına təslim edən

Qənimət Zahid bu günlərdə erməni pullu dayılarının vəsaitləri ilə yaratdığı canlı yayımları ilə yenidən “qucaqlardadır.” Yəni bir vaxtlar sədası “Üç Palma”dan gələn Qənimət bu gün Fransada erməni daydaylarının qucaqlarına sığınıb, yenidən Azərbaycana əl uzatmaq sevdasını canla-başla həyata keçirir, nökərçilik göstərir. Özünü Fransadakı erməni lobbisinin qucağına təslim edən Qənimət Zahidin özünü qoyaq bir kənara və yenə də sual edək - bu gün o ailəsi ilə bahalı Fransada yaşayır, övladlarını pullu məktəblərdə oxutdurur, mülk alır, digər xarici ölkələrə səfərlər edir, bəs hansı vəsaitlərlə? Əgər üstəgəl verliş yaratması, proqramçı, müxbir saxlamasını da buraya əlavə edərsək, Qənimət Zahidin bir aylıq demirik, bir günlük qazancı nə qədərdir? Bəlkə Qənimət Zahid indi də Parisin “Zəfər Tağı” deyilən tarixi abidəsi altında “Üç Palma” restoranı açıb və yerdə qalan qazancını da oradan çıxarıb-əldə edir? Əslinə qalanda bu ünsürdən istənilən hər hansı rəzilliyi, biabırçılıq ənənələrinə sadiqlik reallığını gözləmək olar. Əxlaqsızdan başqa nə isə gözləməyə də dəyməz...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...