Ermənistan nokaut durumunda və ya “gülüm ağalıların küllü başları"

Ötən şənbə hər bir azərbaycanlının, hər bir türk oğlu türkün qürur duyduğu bir gün oldu. Məncə bir millət olaraq, həmin günü – 2020-nin 15 fevralını tarixə yazmalıyıq. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün ermənilərə elə bir dərs verdi ki, o gündən hayların və haypərəstlərin gözlərinə yuxu getdiyinə və bundan sonra rahat yaşayacaqlarına inanmıram. Düz 32 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi alovlanıb və geo-siyasi maraqlar ucbatından hələ də yanmaqda davam edir. Bu 32 ildə Azərbaycanın rəhbərləri ilə Ermənistan rəhbərlərinin müxtəlif formatlarda çoxsaylı görüşləri baş tutub. Əsasən bağlı qapılar arxasında keçən həmin görüşlərdə nə danışıldığından həm bizim, həm düşmən tərəfin, həm də dünya ictimaiyyətinin xəbəri olmurdu. Əvvəllər belə debatlar üçün Azərbaycan Prezidenti təşəbbüs göstərsə də, küçə demokratı Paşinyanın sələfləri buna cəsarət etməmişdi. Amma özünü çox ağıllı hesab edən Ermənistanın baş-ayaq naziri Münhendə Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində belə görüşə risk etdi. Təbii ki, gözləmədiyi zərbələri aldığından həmin panel dialoqundan sonra bu riskinə görə özünü danlamamış deyil. Amma olan oldu artıq. Sözün bütöv mənasında bizlər üçün qürurverici anlar idi.

Bu panel dialoqunu qısaca belə analiz etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentlər, həm də beynəlxalq hüquq baxımından Ermənistanın baş dıgası Paşinyanı diz çökdürdü. Ölkə başçımızın diplomatik məharəti və siyasi təfəkkürünün gücü ilə Paşinyan məcbur edildi ki, o, bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin. Üçüncü məqamı xüsusilə vurğulamaq istərdim. Paşinyan sadəcə küçə gədəsi kimi ağzına gələni danışırdı. Bu məqamda Azərbaycan və Ermənistan rəhbərlərinin 2007-ci ildə Soçi görüşünü xatırladım. Rusiya prezidenti Vladimir Putin bağlı qapılar arxasında tərəflərə müraciət edəndə ki, savaşmayın, çəkişməyin, Prezident İlham Əliyev çox gözəl tərzdə təxminən belə cavab vermişdi: “Çəki dərəcələrimiz fərqlidir. Mən onu (Yəni S.Sarkisyanı-T.N.) bir dəfə vursam, palçıq olub divara yapışar, başqa planetə uçar".

Təbii ki, bu da diplomatik bir gediş idi və burda söhbət məhz fiziki zərbədən deyil, siyasi, mənəvi və hərbi zərbələrdən gedirdi. Bu dəfə Azərbaycanın dövlət başçısı Sarkisyanın Sələfinin dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanı yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. Bu qürurverici panel dialoqu ilə bağlı çox yazmaq və çox söz demək olar. Ancaq, atalar demişkən, görünən dağa nə bələdçi? Bütün dünyanın gördüyü və çoxlarının gözləmədiyi səhnə ilə qarşılaşaraq donub qaldığı bu məqamları hər kəs gördü. Gördüsə, mənim daha geniş nəsə yazmağıma nə hacət? Bu yerdə bir məqamı da xatırladım. 1994-cü ildə Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyan Moskvaya, Ulu Öndər Heydər Əliyevlə görüşə gedərkən, sovetlər zamanında Dahi Öndər Heydər Əliyevlə yanaşı Ermənistana rəhbərlik etmiş Dəmirçyanla görüşüb, məsləhət istəyib. Sonralar Dəmirçyan erməni mətbuatına müsahibəsində Petrosyana görüşdən imtina etməyi, ya da görüşərkən mübahisə etməməyi tövsiyə edib. Onun sözünə baxmayan Petrosyan isə etiraf edib ki, gərək Dəmirçyanla razılaşaymış!.. Tarix təkrar olundu. Petrosyanın Sələfi Ulu Öndər Heydər Əliyevin güclü siyasi və diplomatik bacarığa malik varisi ilə görüşdü. Fərq ondadır ki, bu dəfə bağlı qapılar arxasında deyil, dünyanın gözü qarşısında şillələndi hayların başbiləni. Paşinyanın səviyyəsi (Oxu:səviyyəsizliyi) hayların hansı səviyyədə toplum olduğunu güzgü kimi göstərdi, daha doğrusu, göstərməyə məcbur edildi. Bu yerdə daha bir atalar sözümüzü xatırlayım: ”Ağası gülüm olanın başına külüm olar!”. Lap elə dığalar kimi...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...