Gözlənildiyi kimi, 9 fevral parlament seçkilərinə yüksək səviyyədə aparılan hazırlıq seçkilərin nəticələrinin də yüksək olacağını təsdiqləyir. Bunu Avropa Parlamenti, AŞPA, MDB Müşahidə Şurası və s. kimi nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə gələrək seçki missiyalarının seçkilərin obyektiv keçirilməsi ilə bağlı fikirləri də təsdiq edir. Ümumiyyətlə, seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Bununla da əslində gənc, müstəqil və öz sözünü deyən dövlət olmaqla yanaşı, Azərbaycan keçirilən bütün seçkilərdə dünyaya ən müasir standartlara cavab verən seçki nümunəsi göstərib və növbəti parlament seçkisində də bunun şahidi olacaq. Təbii ki, baş tutacaq növbəti seçkinin də ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olma yönündə böyük uğurlar əldə edcəyini bir daha təsdiqləyəcək. Beləliklə, Milli Məclisə keçirilən seçki şəffaflığı və rəqabətliliyi ilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib.

Seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmur. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Müxalifət partiyalarının da bu və ya digər şəkildə prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq bütün namizədlərə bərabər şəraitin yaradılması, eləcə də, hər bir namizədə demokratik tələblərə cavab verən təbliğat-təşviqat hüququnun verilməsi prosesin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaradıb. Bunu ölkəmizdə seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını vurğulayırlar.

Daha bir mühüm məqam isə Yeni Azərbaycan Partiyasının seçki kampaniyasını ictimai marağa səbəb ola biləcək tərzdə keçirməsi oldu. Ancaq ortada daha bir amil kifayət qədər özünü göstərir ki, YAP namizədlərindən fərqli olaraq müxalifət namizədlərinin təbliğat kampaniyasında passivlik və yaradılan şəraitdən tam yararlanmama halları mövcuddur. Məsələn, hakim partiyanın namizədləri mediada geniş təbliğat işi aparırsa, müxalifət namizədləri bu istiqamətdə passivliyi ilə seçilirlər. Halbuki bütün namizədlərə bərabər şərait yaradılıb. Xalqın partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də "Daha güclü Azərbaycan naminə" devizini seçərkən, həm də qarşıda görüləcək daha çox işlərin olduğunu sərgiləməklə yanaşı, Azərbaycanın dünya ölkələri arasında lider dövlətə çevrilməsi istiqamətində də addımlar atacağını göstərir. Məhz parlament seçkilərində əldə ediləcək zəfər və qalibiyyət də bu amili özündə kifayyət qədər ehtiva edir.

Belə çıxır ki, iqtidar müxalifətin qalib gəlməsi üçün onlara imkan yaratmalıdır. Məgər bu, YAP-ın borcudur? Yaxud, kiminsə yarışda qalib gəlməsi üçün rəqib tərəf ona imkan yaratmalıdır? Qəribə məntiq onların bütün bu məsələlərə nə qədər qeyri-ciddi yanaşdıqlarını göstərir. Əgər müxalifət partiyaları cəmiyyəti özlərinin haqlı olduğuna inandıra bilsəydilər, kiminsə seçkidə qələbə qazanmaq üçün şərait yaratmasına ehtiyac qalmazdı. 1993-cü ildə YAP-ın hakimiyyətə gəlməsi üçün o zaman hakimiyyətdə olan qüvvələr şərait yaratmışdılar? Bu imkanı Xalq Cəbhəsi, yoxsa Müsavatmı yaratdı? Yaxud meydanlarda aksiyalar, mitinqlər etmək çağırış edilirdi? Bir məqamı unutmaq olmaz ki, qanunvericilik seçkidə iştirak edən bütün partiyalar üçündür.

Bir də tənqidçilik müxalifətçilik deyil. Yalnız tənqid əsasında heç bir partiya özünü təsdiq edə bilməz. Ona görə də Azərbaycan cəmiyyəti müxalifətin ciddiliyinə inanmır. Bu gün uğursuzluqlarını aksiyalar keçirməkdə görürlərsə, çox yanılırlar. Bir də müxalifət insanların əhəmiyyətli hissəsinin iştirak edəcəyi aksiya keçirmək iqtidarında olsaydı, çoxdan bunu etmişdi. Lakin müxalifət bu reallığı hələ də dərk etmir. Unutmaq olmaz ki, iqtidarın da, müxalifətin də güc mənbəyi yalnız xalqın dəstəyidir, müxalifət isə bu birlikdən çoxdan kənarlaşdırılıb. Bunun günahını iqtidarda yox, özündə axtarmalıdır. Bütün bunlara baxmayaraq, 9 fevralda keçiriləcək parlament seçkiləri günü Azərbaycan demokratik dövlətçilik yolunda inamla irəlilədiyini bir daha sübut edəcək və bu seçki ölkəmizdə demokratiyanın növbəti qələbəsi kimi dəyərləndiriləcəkdir. Çünki yekun sözü məhz xalq deyir. Biz bunun dəfələrəl şahidi olmuşuq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə