"Sülh və Demokratiya İnstitutu"nun rəhbəri, hazırda özünü "hüquq müdafiəçisi" adlandıran erməni xislətli Leyla Yunus, həmçinin, onun əri Arif Yunus yenə də seçkiərəfəsi müxtəlif səpgili oyunlar oynamaqdadır. Xüsusilə də, bu günlərdə AŞPA-nın "siyasi məhbus" adlı "qətnaməsindən" sonra cuşə gələn bu satqın viruslar simasızlıqlarını daha açıq formada göstərməkdədirlər. Əslində, bu, kimsədə təəccüb də doğurmur. Çünki o, hələ əvvəlki dövrlədə, xüsusilə, AXC-Müsavat iqtidarı zamanlarında dövlətdə yüksək vəzifə tutarkən, xalqa və millətə xəyanət edib və özünü "əzabkeş" kimi təqdim edən L.Yunus bu dəfə də öz murdar xislətindən əl çəkmir. Hətta yaxın zamanlarda bu satqınların Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnazaryanın növbəti dəstəyi ilə Azərbaycandan bəhs edən əhvalatlarını kitab halında Ermənistan piştaxtalarında satışa çıxaracaqlar. Hətta bu satqınlar birdəfəlik mənsub olduğu ölkəyə-Ermənistana köçməyi də planlaşdırıblar. Bu yaxşı xəbərdir. Çünki Leyla-Arif və Yunuslar koronovirusdan da betər sağalmaz viruslardır. Elə onların yeri oradır. Çünki bir danılmaz həqiqət mövcuddur - bu ünsür Vətənə xəyanətin simvolu kimi artıq çoxdan "tarixə" düşüb. Bu gün "Leyla Yunusa azadlıq!" şüarını səsləndirərək, siyasi manipulyasiyalar fonunda "lider" kimi görünənlər də eynilə "hüquq müdafiəçisi»nin ermənipərəst mövqeyi ilə seçilməsini, erməni maraqlarına xidmət etməsini dəstəkləyənlərdəndirlər. Çünki hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçınılmaz sübutdur ki, L.Yunus bütün fəaliyyəti dövründə Azərbaycan xalqına və dövlətinə düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb.

Hətta bu satqınlara olayları izləyərkən, nəticəyə gələrək, belə bir rəy formalaşdırmaq olar ki, bu gün L.Yunusu müdafiə edən erməni mətbuatı ölkəmizdə dərc edilən radikal müxalifət mətbuatı ilə informasiya mübadilələri aparır. Yəni yayılan xəbərlərin mahiyyəti eynilik təşkil edir. Baxmayaraq ki, bir tərəf erməni dilində yazır, o biri tərəf də Azərbaycan dilində!

Əbəs yerə deyil ki, dağıdıcı müxalifət mediası tez-tez Azərbaycanın snaksiyalarla üz-üzə qalacağı barədə dezinformasiyalar yayırlar. O da, təsadüfi deyil ki, L.Yunus çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin (deyək ki, Soljenitsının - R.H.) dəst-xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma bu da nəticəsiz qalır və haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək və düşünmək kifayətdir. Çünki Azərbaycan ictimaiyyəti Leyla və Arif Yunusları şiddətlə qınayır və onların yenidən həbsini antimilli və cinayətkar, satqınçılıq fəaliyyətin məntiqi nəticəsi hesab edir. L.Yunus isə "Bizim adımızı tarixdən silmək mümkün olmayacaq" tipli bəyanatlar verməklə, əri də daxil olmaqla, adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərdən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...