Bu, o misterlər və serlərdir ki, Azərbaycanda hər hansı bir yüksək səviyyəli tədbirlər ki, keçirilir, o zaman başlayırlar ağı qara görməyə. Elə növbəti parlament seçkiləri ərəfəsi ağı qara görənlər bu mövzu ətrafında yavaş-yavaş "mülahizələr" etməyə. Deyirəm, nə qədər yalan danışarlar. Bəs niyə yalan danışmaqdan kor olmurlar? Cavab aydındır. Çünki daima belə olublar, heç düzələsi də deyillər. Ölkəmizə qarşı qərəzli çıxışları ilə yadda qalan həmin ağı qara görən misterlər və serlər burunlarını ölkəmizin daxili işlərinə dürtməyə, bir növ adətkar olublar. Elə bu günlərdə "Human Rights House" adlı qərəzli təşkilatın rəhbəri, özünü "ağıllı-kamallı" «hüquq müdafiəçisi» hesab edən Florian İrminqer Azərbaycanda baş tutacaq 9 fevral parlament seçkilərilə bağlı müsahibəsində çox anlaşılmaz, heç bir məntiqə sığmayan və düşüncə tərzi bəlli olmayan fikirlər səsləndirib. Məsələn, "ağıllı-kamallı" hüquq müdafiəçisinin sözlərinə görə, "əgər Avropa Parlamenti, ATƏT, Avropa Şurası və ya BMT, hökumətin yaratdığı şəraitdən razıdırlarsa, belə bir vəziyyət məqbul sayıla bilməz..." (?-R.). Bu adam iddia edir ki, əgər Azərbaycanda seçkilərin favoriti, alternativsiz lideri varsa, demək, seçkilər "saxtalaşdırılıb". Əslində, belə təşkilatların ucuz qərəzləri cəmiyyət tərəfindən dəstəklənmir. Buna rəğmən, onların əsassızlıqları bir daha onların üzlərinə vurulmalıdır.

Demək, bunların özləri öz prinsiplərinə qarşı çıxırlar. Bu fərd seçkilər haqqında tamamilə zidd fikirlər səsləndirərək, bütövlükdə, müxalifət yetkililərindən fərqli olmayan ifadələr işlədib. Deməli, belə çıxır ki, BMT, Avopa Parlamenti, ATƏT, Avropa Şurası "fuflodu", yəni nəyəsə qadir olan təşkilatlar deyil, yalnız əsas Azərbaycandakı bir-iki siyasiləşmiş və onun-bunun cibinə görə QHT-nin və bir neçə xarici təşkilatın rəyidir. Elə bil, Qərb ölkələrində "ən şanslı namizəd", seçkinin "favoriti" və "lideri" anlayışı yoxdur. Demək, bunların özləri öz prinsilərinə qarşı çıxırlar. Yəni Qərb ölkələrində favorit olmaq olar, burada olmaz. Bax, elə məntiqsizlik də budur! Əgər vətəndaş cəmiyyəti institutları, beyin mərkəzləri və sadə insanlar hansısa namizədi ən şanslı hesab edirlərsə və bunu aşkar bildirirlərsə, burada "qeyri-demokratik" kimi yozula biləcək nə var axı?

"Human Rights House" və onun kimi bəzi təşkilatlar müəyyən dairələrin siyasi və iqtisadi maraqlarının daşıyıcılarıdırlar. Buna görə də, onların əsassız rəyləri, qondarma proqnozları, nəticəsiz iddiaları reallıqdan uzaq və kifayət qədər də qərəzlidir.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə