Yəqin ki, bambılı sözünün mənasını bilməyən yoxdur. Əbdürrəhman Vəzirovun 30 il öncə söylədiyi "bambılı" sözünü unutmayanlar var. Bilməyənlər üçün ərz edək ki, bambılı qeyri-ciddi, dəyərsiz, ləyaqətsiz adam və avara anlamındadır. Bu kiçik izahatdan sonra keçək mətləbə... Bu gün kim daha çox bambılılıq edirsə, satqın, quduz, iblis, cinayətkar olur? İnanıram ki, həmin an Əli Kərimli-Cəmil Həsənli deyənlər daha çox olar. Bir də bünövrədən, dünyaya gəldiyi gündən bambılılığı cəhənnəm, dəyərsizlikdə, ləyaqətsizlikdə, mənəviyyatsız və əxlaqsızlıqda bu iblislərə çatan ola bilməz. Bu, o satqınlardır ki, havadarlarının 5-10 qranta sataraq, xüsusi sifarişini yerinə yetirirlər. Ancaq bu kimi bədbəxtlər hələ də bilmirlər ki, havadarları onlardan araba atları kimi, yaxud siyasi ambisiyalarını həyata keçirmək məqsədilə birdəfəlik şpris kimi istifadə edirlər. Bu mənada, belə bambılı Ə.Kərimli və onun kimi bambılı şərəfsizlər harada olurlarsa olsunlar, elə şərəfsizdirlər. Odur ki, heç bunları belə bambılılara anlatmağın da faydası yoxdur. Atalar əbəs yerə deməyiblər ki, kor gözə sürmənin nə faydası? Onlar aldıqları milyonlar sayəsində özlərini korluğa vurublar. Ə.Kərimli kimi bambılıların Ermənistanın maraqlarını xidmət edən fikirləri sözügedən ölkənin kütləvi informasiya vasitələrinin "qəhrəmanına" çevrib.

Bu bambılılar barədə düşünündə, hərdən bir sual da yaranır: onlar yalnız milyonlar qazanırlarmı? Əsla, yox. Onlar həm də ümumxalq nifrətini qazanırlar ki, elə bu nifrətin də altında qalacaq və 26 ilin kirini-pasını üzərində daşıyacaqlar. Bir də şüurun, təfəkkürün və mənəviyyatın kirlənməsi dağıdıcı müxalifətin sağalmaz xəstəliyidir. Başda AXCP sədri Ə.Kərimli olmaqla, dağıdıcı müxalifət təmsilçiləri otuz ilə yaxın bir müddətdə yoluxduqları, pozuculuğu, inkarçılığı, hər şeyə qara rəngdə baxmaq mərəzini cəmiyyətə bulaşdırmaq istəsələr də, heç nəyə nail ola bilmirlər. Məhz bu sağalmaz xəstəliyə düçar olan Ə.Kərimli ənənəsinə sadiq qalaraq, yenə də seçkilər ərəfəsi iyirmi altı illik kirli tarixini göstərməkdədir.

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar irəliyə sürülmüş təşəbbüsə münasibəti də, bir daha təsdiq etdi ki, siyasi, ictimai və əxlaqi məfkurəsi zəif olan Ə.Kərimli üçün şəxsi mənafe və ambisiyalar "ən ali" dəyərlərdir. Əgər belə olmasaydı, siyasəti siyasətbazlıqla qarışdıran, alver predmetinə çevirən, öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün bütün çirkin vasitələrdən istifadə edən AXCP sədri vaxtilə onu və əqidədaşlarını "genetik xəstə faşist" adlandıran keçmiş korrupsioner nazir, qisasçı Əli İnsanovla bir masaya oturub, parlament seçkiləri ilə bağlı məsələləri müzakirə etməzdi.

Bütün bunların başında sosial dayaqları plintusdan da aşağı olan "boykotçu bambılı" Ə.Kərimli özü də yaxşı bilir ki, budəfəki parlament seçkilərinə qatılacağı təqdirdə, oradan da məğlub vəziyyətdə ayrılacaq. Ona görə də, bütün çirkin vasitələrdən, qarayaxma kampaniyasından istifadə edərək, məsələnin əsl mahiyyətini cəmiyyətdən və qrant aldığı xarici havadarlarından gizlətməyə çalışır. Ancaq Ə.Kərimli cidanı çuvalda gizlədə bilməzsən. Nə qədər gec deyil, bu millət, Vətən və dövlət xainini siyasət arenası olmaqla yanaşı, həm də cəmiyyətdən təcrid etməyin zamanı çatıb. Çünki ya gec, ya da tez, o, törətdiyi bütün rüsvayçı, satqınçılıq və kirli əməllərinə görə cavab verməyə məhkumdur.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...