Hədəf yenə Azərbaycandır. Sanki müzakirə ediləsi başqa məsələ yoxdur. Bir qrup ermənipərəst deputat, Cors Soros adlı qoca tülkünün havadarlığı ilə yenidən dişlərini qıcıyıb Azərbaycana qarşı hücuma keçiblər. Yenə də bu üç meymun triosu - "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və "Human Rights Watch" ortaya atılaraq meymunluq edir. Necə deyərlər kar, kor və lal olan bu qərəzli varlığı ilə yoxluğu bilinməyən üç meymun triosu nə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmürlər, yaxud görmək istəmirlər?! Halbuki Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. İkili strandartlar budur. Qəzəb, qərəz və qısqanclıq triosunun çirkin əməlləri budur. Həqiqəti görmürəm, həqiqəti eşitmirəm və həqiqəti danışmıram. Dünyaca məşhur bu "3 meymun" taktikası özlərini insan hüquqlarının və media azadlığının carçısı kimi təqdim edən "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və "Human Rights Watch" təşkilatlarının əsas fəaliyyət amalına çevrilib.

Bütün bunlar bir daha sübut edir ki, özünə beynəlxalq təşkilat statusu biçən "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və "Human Rights Watch" Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət bildirirlər. Bəli sadalanan faktlar onu göstərir ki, dünyada ikili standartlar baş alıb gedir, insan hüquqları və demokratiya yalnız Qərb dövlətləri kiməsə təsir etmək istəyəndə yada düşür. Bax, budur "demokratiya carçılarının " əsl siması budur. Və bu simasızlar ölənə kimi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasından, regionda söz sahibinə çevrilməsindən rahat olacaq. Artıq dönməz xarakter alan siyasi və sosial-iqtisadi islahatlar, xalqın rifahının günü-gündən yüksədidilməsi yönündə ard-arda verilən sərəncamlar, dövlət idarəçiliyində yeni standartların tətbiqi, imzalanan əfv fərmanları bunların yuxusuna haram qatacaq. Ancaq qara yaxmaq, heç bir sübut olmadığı halda qətnamə qəbul etmək? Azərbaycana diş qıcıyanlar bilməlidir ki, yalan ayaq tutar, amma yeriməz. Və bu üç qərəzli trio anlamır ki, bu ləkə bu dövlətə yapışmayacaq. Azərbaycanla əmr dilində danışmaq mümkün deyil. Azərbaycan Ermənistan kimi kiminsə forpostu da deyil. Ona görə də nə qədər böztanlar yağdırsanız da "arzularınız" ürəyinizdə qalacaq və necə deyərlər sirkə nə qədər tünd olsa, öz qabın satladar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə