“UĞURSUZ” damğası kimin alnına vurulub?

Parlament seçkiləri ərəfəsində müxalifətli-iqtidarlı, ümumiyyətlə, MSK tərəfindən namizədlikləri qeydə alınmış şəxslərin ciddi hazırlıq işlərinin getməsi göz önündədir. Bu reallıq xalqın seçkilərə fəallıqla qatılacağı pronqozunu da bəri başdan göstərir. Yəni xalq seçkilərə birmənalı olaraq inamla gedir. Lakin...

Lakin daha bir ilginc məqam budur ki, bu seçkilərdə “boykot taktikası” deyilən uğursuz cəhdə əl atanlar, yaxud həmin “taktikanı” əvvəlcə əllərində bayraq edib, sonradan fikirlərini dəyişərək, seçkilərə qatılanlar da var. Misal üçün, əgər AXCP sədri Əli Kərimli partiyası və “Milli Şura” adından seçkilərə qatılmayacağını bildirirdisə, onun kimi digər cinahda olanlar da demək olar ki, eyni mövqeni sərgiləyiirdilərsə, bu gün həmin mövqedən geri çəkilib parlament seçkilərinə gedəcəklərini bəyan edən VİP sədri Əli Əliyev və sairləri də var. İndi həmin bu Ə.Kərimli Ə.Əliyevi az qala böyük günah işlətməkdə, düşərgəyə xəyanətdə suçlamaqdadır. Düzdür, bu gün AXCP sədrinin sözü, özü, ümumiyyətlə, “varlığı” kimsənin marağında deyil, heç belə də olmayıb. Biz elə də uzağa getməyərək, yay aylarında onun icazəsiz küçə yürüşlərindəki siyasi klounluqlarını xatırlaya, xalqın isə ona və ətrafına dəstək göstərmədiyini göstərə bilərik. Bunu isə ona görə xatırladıram ki, on minlərlə seçici –xalq gerçəkliyi olaraq kimlərinsə “boykot taktikasını” ümumiyyətlə hesaba almır. Türk qardaşlarımız demşkən, kimsənin umurunda deyil ki, Ə.Kərimli siyasi sirkinin – AXCP-nin səhnəsində hər-hansı polyaçilik nömrəsini göstərir. Açığını desək, Ə.Kərimli hətta sirk klounu olsaydı belə, yenə də bir uğur qazana bilməzdi. Onun alnına böyük və silinməz “UĞURSUZ!” damğası çoxdan vurulub...

Sağlıq olsun, seçkilər də keçiriləcək, qalib olmağa layiq olanlar da parlamentin növbəti - 6-cı çağırışına seçilib, deputat olacaqlar, ölkədə münbit seçiki mühiti də sübut edəcək ki, bu proses şəffaf keçirilib. Dəyişilməyən bir şey, ya da kəs olacaq – Ə.Kərimli. Misal üçün deyə bilərik ki, bu ünsür seçkilərdə iştirak etməsə belə, seçkisonrası proseslərə burnunu dürtüb, başlayacaq kökdən düşmüz sazını dınqıltlamağa və dalay-dalaylarına. Amma əlbət bir gün onun yaxasından yapşıb soruşulacaq ki, ay polyaçi, ay kloun, axı sən “boykot taktikası” adı altında bu hadisəyə qatılmayıbsansa, bəs indi nə oldu? Niyə axı özünü sözün əsl mənasında didib-tökməklə məşğulsan? Maraqlıdır, görəsən onda bu ünsür hansı cavabı verəcək..?

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə