"Milli Şura" erməni lobbisinin kurasiyasına verilir

Seçkiləri "boykot" taktikası Əli Kərimlinin deyil, xarici maraqlı dairələrin göstərişi olduğu təsdiqlənir

Müxalifət düşərgəsində baş verən bir-birindən fərqli qarşıdurmalar və çəkişmələrin seçkilər ərəfəsində, daha da gərginləşdiyi müşahidə olunur. Bu isə, müxalifətin son şanslardan bəhrələnmək yarışında qarşısında maneə gördüyü rəqibini sıradan çıxartmaq istəyindən irəli gəlir. Həm də, bu yarışda önə çıxmaqla, xarici maraqlı dairələrdən maddi yardım ala biləcəkləri məqsədi dayanır. Bu baxımdan, tərəflər meydana atılaraq, bir-birini gözdən salmağa, sıradan çıxartmağa çalışırlar. Hətta AXCP sədri Əli Kərimli və trolları əzəli rəqibləri Müsavat başqanını və funksionerlərini ən alçaldıcı söz və ifadələrlə təhqir edirlər. Təbii ki, A.Hacılıda təhqirləri asanlıqla həzm edən məxluqlardan olmadığını nümayiş etdirmək üçün Ə.Kərimli və ətrafında olanlar haqqında müxtəlif sərt ittihamlarla çıxış edir. Bu baxımdan hazırkı məqamda sosial şəbəkələr AXCP-Müsavat funksionerləri arasında gedən qarşılıqlı ittihamların və söyüşlərin meydanına çevrilib. Demokratik Maarifçilik Partiyasının sədri, 5-ci çağırış parlamentin depudatı Elşən Musayev "Səs" qəzetinə açıqlamasında bildirib ki, Ə.Kərimli, A.Hacılı, C.Həsənli, İ.Qəmbər və digərləri öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzlər: "Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəkilərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb, razılıq verər. Bunlar da o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır ki, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də eyni gündədrlər, eləməsələr də".

"Boykot" taktikası "Milli Şura"nı arxivlik edəcək

Hər dəfə olduğu kimi, 2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri və 2020-ci il fevralın 9-da keçirilməsi planlaşdırılan parlament seçkilərilə bağlı müxalifətin dağıdıcı qanadı ənənəvi pozucu maraqları prizmasından yanaşma nümayiş etdirir. Artıq "Milli Şura" deyilən qondarma qurum seçkilərin "boykot" çağırışı ilə çıxış edir. Düzdür, parlamet seçkilərinə qatılmaq məsələsində Müsavat başqanı A.Hacılı Ə.Kərimlidən fərqli mövqe sərgiləyir. A.Hacılı bəyan edib ki, Müsavat partiyası ictimai dəstək almasalar belə, seçkilərə qatılmaqda qərarlıdırlar. Bununla belə, A.Hacılı hiyləgər və natəmiz siyasətin daşıyıcılarından olduğunu da anormal açıqlamsında nümayiş etdirib. Müsavat başqanı iddia edib ki, guya seçkilərə qatılmaqla "saxtakarlıqlar" aşakarlamaq niyyətindədirlər. Bizimlə söhbətində 5-ci çağırış parlamentin depudatı Elman Nəsirli bildirib ki, seçkiöncəsi Azərbaycan cəmiyyətində, müsbət mənada, anlaşılan fəallıq mövcuddur: "Dekabrın 23-də bələdiyyə seçkiləridir, 2020-ci il fevralın 9-da isə parlament seçkiləri keçiriləcək. İndidən artıq seçkiöncəsi, xüsusilə də, parlament seçkiləri ərəfəsi cəmiyyətdə çox böyük bir fəallıq hiss olunmaqdadır və indidən söyləmək olar ki, Azərbaycanın demokratik inkişaf tarixinə 9 fevral seçkiləri şəffaf, azad və obyektiv seçkilər kimi daxil olacaq. Ən azı, ölkəmizdə 50-yə yaxın siyasi partiya var, artıq 40-a qədər siyasi partiya parlament seçkilərində iştirak niyyətini ortaya qoyub. Artıq 9 partiya qeydiyyatdan keçib, yaxın prespektivdə də digər partiyaların qeydiyyatdan keçəcəyi gözlənilir. Faktiki olaraq, bu prosesdə yeganə "boykot" yolunu seçən AXCP və "Milli Şura"dır. Demək olar ki, adları çəkilən partiyaların "boykot" taktikası cəmiyyətimizdə gülüş doğurur. Çünki adətən, bu siyasi mübarizə üsulunu seçən siyasi partiyaların cəmiyyətdə çox böyük nüfuzu, elektoratı, sosial bazası olur və onların "boykot" taktikası seçkilərin nəticələrinə çox ciddi təsir göstərir. Ona görə də, AXCP-nin, "Milli Şura"nın cəmiyyətdə heç bir real gücü yoxdur, ən azı, onların qeyri-qanuni mitinq və piket cəhdləri onların hansı sosial bazaya malik olduğunu üzə çıxartdı. Yəni heç bir baza yox, heç bir xalqdan dəstək yox və onların bu "boykot" taktikası özlərini boykotdan başqa bir şey deyil. Yəni özləri-özlərini bütün bu proseslərdən kənar edirlər və cavabını da biz bilirik. Cavabı da odur ki, seçkilərə qatılmaq real gücü ortaya qoymaqdır. O güc olmayacağı təqdirdə isə, seçkilərin nəticələri radikal qruplaşmaların nə qədər zəif olduğunu və heç bir dəstəyə malik olmadığını üzə çıxaracaq və bu səbəbdən də, hesab edirik ki, onlar məğlubiyyətin acısını yaşamamaq üçün bu seçkilərə qatılmırlar". E.Nəsilrli onu da bildirib ki, onlar virtual aləmin qəhrəmanlarıdırlar: "Onlar deyirlər ki, bizim virtual aləmdə tərəfdaşımız var, amma real həyatda, piket məsələsi ortaya çıxanda isə, məlum olur ki, onlar sabun köpüyündən başqa bir şey deyil. İndi isə onlar yenidən bulanıq suda balıq sevdasına düşüblər və seçkini "boykot" edəcəklərini bildiriblər və bununla yanaşı, onların yenə də küçə nümayişləri, etiraz dalğası yaradacaqları haqqında bəyanatlar verirlər. Bilirsiniz, bu əslində, qaşıqda su fırtınası yaratmağa bənzəyir və cəmiyyətimizdə haqlı olaraq, gülüş hədəfinə çevrilirlər. Bir sözlə, əgər onların ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası kimi nüfuzları olsaydı və arxalarında xalq dayansaydı, onlar istənilən seçkiyə qatılardılar. Bütün bunlar olmadığından, "boykot" kimi anormal bəyanatlar verirlər. Eyni zamanda, onların bu cür hərəkətləri heç müxalifət daxilində də bəyənilmir. İndi müxalifətin özü radikal siyasi dairələrdən uzaqlaşır və onların taktikasını bəyənmir, rədd edir və qarşıdan gələn parlament seçkilərində iştirak edəcəklərini bildirirlər. Artıq Müsavat, AMİP və digər partiyalar namizədlərini irəli sürüblər. AXCP və "Milli Şura" seçkilərdə iştirak etməyəcəklərsə, bu, onlar üçün növbəti problemlər və uğursuzluqlar gətirəcək".

Ağa qara demək dağıdıcı müxalifət üçün adətə çevrilib

Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq dağıdıcı müxalif ünsürlərin həyat tərzidir. Belələrinin yenilənməsinə ehtiyac var ki, bunun da reallaşmasına siyasi gəlir mənbəyi kimi baxan məxluqlar heç cürə imkan verməyirlər. Yalnız rayon təşkilatlarının qətiyyətinə və prinsipiallığına ehtiyac var ki, yəqin bu gözləntilər də yaxın vaxtlarda həyata keçəcək.Mövcud faktlara əsasən, demək olar ki, Ə.Kərimlini və C.Həsənlini seçkiləri "boykot" çağırışı ilə çıxış etməyə xarici maraqlı dairələr məcbur edirlər. Məqsəd də, cəmiyyətdə seçki fəallığına kölgə salınmasında "boykot"çu ünsürlərdən istifadə etməkdir. Ancaq reallıq ondan ibarətdir ki, AXCP sədri Ə.Kərimlinin və "Milli Şura"nın rəhbəri C.Həsnlinin cəmiyyətdə sosial bazaları olmadığından, seçkilərə cüzi belə əngəl yaratmaq və əhali arasında olan seçki aktivliyinə kölgə salmaları mümükünsüzdür. Seçkilər azad və demokratik şəkildə keçirilməklə müstəqil Azərbaycan tarixinə növbəti şərəfli hadisə kimi yazılacaq. Çünki buna dövlətin gücü, qüdrəti və iradəsi deməyə imkan verir. Siyasətə gəlir mənbəyi kimi baxan müxalifətin qara niyyətləri, pozucu məqsədləri isə iflasa uğrayacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə