Dünya siyasətində “boz kardinal” funskiyası ilə hər yeri cəhənnəmə çevirən ABŞ siyasətində, əməllicə vurnuxma başlayıb. Bu dəfə məsələ daha qəlizdir. Artıq Demokratların siyasi bulduzorenin hədəfi təkcə D.Tramp deyil, həm də ABŞ-ın xarici siyasət maraqlarıdır. Xüsusi ilə ABŞ Senatında qondarma, yalançı 1915-ci il “soyqrımı” barədə qərarın qəbul edilməsi və bununla da ikinci dünya müharibəsindən bəri ən vacib strateji tərəfdaşlardan olan Türkiyəni hədəfə götürmək, ABŞ-ın xarici siyasəti baxımından olduqca vacib və köklü bir ölkə ilə ipləri qoparmaq ciddi məsələlərdən xəbər verir. ABŞ, bu qərarın ağrısını çox uzun illər çəkməli olacaq. Bu şübhəsizdir. Amma gözlərini qan bürümüş Demokratlar üçün bunun elə bir önəmi yoxdur. Dövlət maraqları getdi işinin dalınca. Həttda ABŞ kimi nəhəng dövlətçilik institutu olan bir ölkədə belə bu baş verdi!.

Sözsüz ki, əsas hədəf həm də D.Trampın mövqelərini yerlərdə süründürməkdir. Dəlisov milyarder D. Trampın Ağ Evin yuxarı başına keçməsi nə qədər təəcüblü və amerikadakı siyasi analitiklər və adi seçicilər üçün gözlənilməz idisə, bir qədər sonra Kreml sahibi balacaboy Vladimir Putinin D.Trampın Hillari Klintonu üstələməsi üçün okeanın o tayına “əl uzatdığı” barədə yayılan xəbərlər daha şok xarakteri daşıdı. Təsəvvür edin, 1917-ci il oktyabr çevrilişindən sonra dünya siyasətində barışmaz düşmən obrazında olan iki nəhəngdən biri, həttda SSRİ-nin dağılmasından sonra belə, digərinin seçkilərində “əlini torpbaya” salır. Bunu, amerikalılar heç qorxulu yuxu kimi də təsəvvür etməyi düşünmürdülər. Çünki gerçəkdən cox QORXUNCDUR!. Özü də qüdrətli sovet hökümətinin vaxtında deyil, məhz indi Moskvanın buna cəsarət edib Ağ Evi biyabırçı vəziyyətə salması, bütün ağdərili və qara dərili amerikalılar üçün əsl milli intihardır. Balacaboy V.Putin, böyük SSRİ-nin bacarmadığını reallaşdırdı. Bunu, artıq ABŞ-dakı ən optimist siyasətçilər belə etiraf edirlər. V.Putin çox güman ki, Rusiya tarixində bir sıra ilklərlə yanaşı, həm də ABŞ üzərindəki psixoloji və siyasi qələbələrə görə də yadda qalacaq. Nə isə V.Putindən keçək D.Trampa sarı.

Gəlin D.Trampın hazırkı durumuna nəzər salaq. Hazırda Ağ Ev sahibi, rəqib partiya tərəfindən özünün və ABŞ-ın dostlarına qarşı əsl düşmən vəziyyətinə gətirilir. Yuxarıda yalançı “erməni soyqırımı” barədəki qərarı, ilk əvvəl D.Trampın bütün dostlarını qatı düşmənə çevirmək, dünyada ona qarşı kəskin nifrət yaratmaqdır. Fikir verin ABŞ Senatı qondarma “erməni soyqırımını” nə vaxt qüvvəyə mindirdi?. Türkiyə prezidenti Ərdoğanın Ağ Evə səfərindən sonra. Bir çoxlarının artıq barışmaz düşmənçiliyə sevrilən Türkiyə-ABŞ münasibətlərinin qiyamətə qədər düzəlməyəcyi barədə ucadan danışdığı vaxtda, Ərdoğanın ABŞ səfəri bütün iddiaları alt-üst etdi. D.Tramp açıq şəkildə Türkiyə prezidentinə simpatiyasını ortaya qoydu və Ərdoğanla birgə yaxın şərqdəki problemləri ələ alacağını bildirdi. Bu isə bölgədəki Türkiyə əleyhinə olan ölkələri qəti razı sala bilməzdi. Görünür, bu qərarın qəbulundə həmin narazı dövlətlərin də “səsləri eşidilib”...
Demokratlar partiyası üçün isə, D.Trampın beynəlxalq nüfuzunu artırmaq şansı qəti qəbuledilməz idi və Senat “yapacağını yapdı”. Eyni zamanda Konqresdəki və Senatdakı d.Tramp əleyhdarları artıq var gücləri ağbaş milyarderi üzük qaşı kimi mühasirəyə almağa, ona qarşı embarqoları gücləndirməyə, “əl-qolunu bağlamağa”, prezidentin xeyrinə çıxarılacaq qərarlara əl qoymağa başlayıblar. Xüsusilə D.Trampın impincmenti ətrafındakı həlqənin sıxlığı da, milyarder prezident üçün Riçard Niksonun taleyini yenidən təkrarlamaq qorxusunu artırıb. D.Tramp ABŞ tarixində çox güman ki, qeyri-ənənvi jestləri, psixoloji durumu, dünyanı vəlvələyə salan gecə qərarları, müsəlmanlar əleyhinə olan addımları ilə qalacaq. Amma impiçmentə uğrayan prezident kimi rekord vuracağı demokratlarla siyasi “döyüşdən” necə çıxacağından asılıdır.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə