Bəzi televiziya verlişlərində gündəmə çıxan ucuz şoular kimi, bizim müxalifətdə də ucuz şoular tükənməzdir. Hətta pişiklərin asqırmasını belə, "məharətlə" siyasiləşdirib, onu şou hadisəsinə çevirmək düşərgə "liderlərinin" əsas peşəsidir. Əslində, onların yerləri siyasi mühit deyil, elə televiziyalardakı ucuz şou verlişləridir. Hələlik, müxalifət düşərgəsində başlarını girləyərək, gündəmdə qalmaqdan ötrü şou xarakterli siyasət yürüdürlər. Məsələn, bu gün AXCP sədri Əli Kərimliyə, "Milli Şura" sədri Cəmil Həsənliyə sərf edir ki, sekçiərəfəsi ictimaiyyət arasında gözlərə dürtülməkdən ötrü nəsə bir "partlayış" etməklə, bunu öz dividendlərinə yazsınlar. Görünür, elə buna görə də, qoca yaşında nə yaşından, nə də "başından" utanmayan C.Həsənli indi də imicini və "priçoskasını" dəyişməklə, nəinki şou, hətta meqaşou göstərmək istəyir. Ancaq necə deyərlər "qaş düzəltdikləri yerdə, vurub o kor gözlərini də tökürlər". Ancaq bu kor olmuşların heç ağılları da yoxdur.

Bu yerdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sözümüzü kəsərək, bildirdi ki, ay başınıza dönüm, Vaşinqtonda özünə təzə bığ qoyan bu zəlil olmuş Həsənov Cəmilin məqsədi ölkədə ardıcıl keçiriləcək seçkilərə kölgə salmaqdır. "Hər dəfə ölkədə hansısa bir seçkilər keçirilən zaman müxalifət düşərgəsini təmsil edən şəxslər başlayırlar hay-küy salmağa. Bunun Əlisi də gedib Vaşinqtonda özünə təzə bığ qoyan Həsənov Cəmil də, artıq bu seçkilərə bağlı anormal çıxışlar etməyə başlayıblar. Demək olar ki, ömürləri boyu onlar bu cür xəyanətlərlə məşğul olublar və olmağa da davam edirlər. Amma onların nə istəmələrindən və nə etmələrindən asılı olmayaraq, onların heç vaxt məkrli planları baş tutmayacaqdır".

Bu, o ağıldan kəm olan C.Həsənlidir ki, əvvəlki seçkilərdə hər dəfə debatlara qatılmaqla, daha da hörmətdən düşərək, əslində, ziyalı adına yaraşmayan fikirlər səsləndirib, populist çıxışlar edirdi. Onun "uca millət" kimi artistlikdən doğan ifadələri isə, ümumiyyətlə ət tökürdü! Bu adam illər keçsə də, yenə də özünü "lider" hiss edir təəssüf ki. Görünür, dəlixanalardakı dəlilərdən bu qoca, lazımsız professorun fərqi-zadı da qalmayıb.

Artıq illər keçməsinə baxmayaraq, bu gün düşdüyü gününə ağlayan gərəkdir, ancaq ağlayanı yox, balta vuranı Ə.Kərimli isə, neçə illərdir ki, o baltanı vurmaq istəyir, amma bu qoca xəstə "professor" "olmaz-olmaz" deyir. Bax, bədbəxtçilik də bundadır, "professor" olmaq hələ ağıllı olmaq deyil. Ağıllı olmağın yolları var, ancaq bu bədbəxt, Ə.Kərimli kimi əxlaqsızın yollarını bilir. Görünür, bu gün C.Həsənlinin ətrafı da, onu çox yəqin ki, məzəmmət edib, deyirlər ki, ay bədbəxt Cəmil, "eto tebe nado?", getdin düşdün Ə.Kərimli kimi bir dələduzun toruna? Axı, sən yaşlı adamsan, özünü "professor" sayırsan. Amma indi səni "professor" sayanlar da yoxa çıxıb!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...