ABŞ-ın müdaxiləsi də vəziyyəti dəyişmədi
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Ermənistanla Azərbaycan arasında danışıqlara fasilə verilsə də nəhayət 6 aylıq aradan sonra tərəflər yenidən eyni masa arxasında əyləşdilər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Paris şəhərində görüşdü. Görüşdə eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For, Robert Bradtke, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər narahatdır
Görüşün yekunlarına dair verilən bəyanatda qeyd olunur ki, danışıqlar zamanı əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, humanitar əlaqələrin inkişafı, atəşkəs rejimi pozuntularının araşdırılması üçün mexanizmin yaradılması, tarixi-mədəniyyət abidələrinin qorunması kimi məsələlər üzrə görüləcək işlər müzakirə olunub.
Həmsədrlər təmas xəttində baş verən insidentlərdən dərin narahatlıqlarını bir daha ifadə edərək atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulayıblar. Bəyanatda deyilir ki, nazirlər münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərlə birgə işi davam etdirməkdə qərarlı olduqlarını, eləcə də danışıqların atmosferinə müsbət təsir göstərəcək etimad artırıcı tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər: "Görüş müsbət və konstruktiv məcrada keçdi. Növbəti addım kimi həmsədrlər yaxın həftələrdə bölgəyə səfər edəcəklər".
"Yeni yanaşma" vəziyyəti dəyişmir
İyunun 6-da Bakıda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşü mövzusuna toxunmuş və bildirmişdi ki, xarici işlər nazirlərinin Fransada keçiriləcək görüşündə münaqişəsinin həlli üçün yeni yanaşma təklif ediləcək: "Biz orada yeni yanaşma tərzlərini müzakirə edəcəyik. Mən Ermənistanda və Azərbaycanda bu məsələləri müzakirə etdim. Gərək münaqişə həllini tapsın, bir yol olmalıdır. Biz 2012-ci ildə yaşayırıq. Münaqişənin həllinin vaxtı çoxdan keçib. Mən əlimdən gələni edəcəyəm. Hər iki prezidentə söz vermişəm ki, münaqişənin həlli üçün əlimdən gələni edəcəyəm".
Xanım Klinton birbaşa deməsə də belə məlum olurdu ki, yeni yanaşmanın müəllifi ABŞ-dır, ancaq məsələ Fransa və Rusiya ilə də razılaşdırılıb. Hillari Klintonun "yeni yanaşma" təklifinin Qarabağ danışıqlarına təsirsiz ötüşməyəcəyi söylənilsə də, görüşdə hər hansı bir ciddi bəyanatın səslənməməsi proqnozları təkzib etdi. Nə yeni ideyalar ortaya qoyuldu, nə də münaqişənin həllini sürətləndirəcək müzakirələr aparıldı. Rusiyanın başlatdığı "Qarabağ layihəsi"ndən ABŞ da faydalanmaq istəsə də, mövcud vəziyyət rəsmi Vaşinqtonun uğursuzluğundan xəbər verir. Hillari Klintonun bölgəyə səfəri, hətta Paris görüşü əsnasında cəbhə bölgəsində davam edən gərginliyin səngiməməsi onu deməyə əsas verir ki, ABŞ-ın müdaxiləsi də vəziyyəti dəyişməz halda saxlayacaq.
Növbəti təşəbbüsün ABŞ-dan gəlməsi...
Ola bilər ki, Paris görüşü Rusiyanın razılığı ilə baş tutub. Yalnız növbəti təşəbbüsün ABŞ-dan gəlməsi, danışıqların son 3 il ərzində ilk dəfə Rusiyanın vasitəçiliyindən və ərazisindən kənarda keçirilməsi rəsmi Moskvanın ürəyincə deyildi. Digər böyük güclərin özünün regiondakı mövcudluğunu sübut etmək istəyi Rusiya və onun prezidentini narahat edir. Putin hazırda mühüm vəzifələrin həlli ilə məşğuldur. Ermənistanla hərbi əlaqələri daha da gücləndirən Kreml işarə edir ki, Qarabağ məsələsinin həllində əsas fiqurdur və Azərbaycanın Putinin yeni kursuna dəstəyindən asılı ola bilər.
Azərbaycan konstruktiv mövqe ortaya qoyub
Paris görüşünü şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını bildirib: "Mövcud status-kvo Azərbaycan, bütün bölgə və dünya birliyi üçün qəbuledilməzdir. Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmağa başlaması münaqişənin sülh yolu ilə həllinə şərait yaradacaq. Paris görüşünün yekunu əsasında həmsədrlər öz vasitəçilik səylərini daha da intensivləşdirmək qərarına gəliblər. Bu məqsədlə onlar yaxın vaxtlarda bölgəyə növbəti səfər edəcəklər".
Müsbət cəhəti o idi ki, bu görüş baş tutdu
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, görüşün müsbət cəhəti o idi ki, bu görüş baş tutdu: "Amma danışıqlarda hansısa məsələlərin razılaşdırıldığını, nəticələrin əldə edildiyini söyləmək çox çətindir. Çünki görüşə gedən tərəflərin mövqeləri bir-birinə diametral şəkildə əks idi. Təcavüzkar tamamilə təcavüzkar mövqeyini müdafiə edir, təcavüzə məruz qalmış beynəlxalq hüquq normalarına istinadən danışmağa çalışır. Ermənistan isə beynəlxalq hüquq normalarını tanımaq istəmir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



