G20 sammitini 25 min polis qoruyacaq

Yaponiyanın Osaka şəhərində 30 minə yaxın şəxsin iştirakı ilə keçiriləcək G20 sammitini 25 min polis əməkdaşı qoruyacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Məlumata görə, sammitlə əlaqədar olaraq nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər olacaq.

Hökumət dəmir yollarında saxlanc yerlərindən istifadəyə qadağa qoymaq niyyətindədir. Bundan əlavə, Osakanın mərkəzi vağzalından bütün zibil qutuları yığışdırılacaq.

Həmçinin bir çox mağazaların liderlərin görüş günü bağlanacağı qeyd olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...