Tokayev Çində - ticarət dövriyyəsi 49 milyarda çatdırılıb

Tokayev Çində - ticarət dövriyyəsi 49 milyarda çatdırılıb

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Şanxayda Çin Xalq Respublikasının Sədri Si Szinpin ilə danışıqlar aparıb. Söhbət zamanı Qasım-Jomart Tokayev Si Szinpini Çin Kommunist Partiyasının yaradılmasının 105 illiyi münasibətilə təbrik edib və Astananın Pekin ilə əbədi strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsində daim maraqlı olduğunu vurğulayıb.

Dövlət başçısı ÇXR-nin beynəlxalq aləmdəki yüksək nüfuzunu qeyd edib və Çin rəhbərliyinin nəcib təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Tərəflər ticari-iqtisadi əməkdaşlığa xüsusi diqqət yetiriblər. Qeyd edilib ki, Çin Qazaxıstanın ən böyük ticarət tərəfdaşı statusunu möhkəm qoruyub saxlayır və ötən il ikitərəfli ticarət dövriyyəsi 49 milyard dollara çatıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə