Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.
ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:
"Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bildirib ki, hər bir idmançı heyətdə yer almaq üçün çalışmalıdır.
Xatırladaq ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək "Qran-pri"də 81 kq-da çıxış edib və bürünc medal qazanıb. Dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB