Azərbaycan-Qazaxıstan matçı olacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurur.

SİA-nın məlumatına görə, oyunları Yunanıstanda keçirilən IX qrupda mübarizə aparan milli son matçına çıxacaq.

İlk iki turda uduzan Vüqar Məmmədin yetirmələri Qazaxıstanla görüşəcək. Hər iki rəqib elit-raunda vəsiqə şansını itirdiyindən matç formal xarakter daşıyacaq.

Yunanıstana 1:6, Almaniyaya 0:2 hesabı ilə məğlub olan yığma təsəlli qələbəsini qazanmağa çalışacaq.

Qeyd edək ki, qrupun digər görüşündə Almaniya ilə Yunanıstan üz-üzə gələcək

Avropa çempionatının seçmə mərhələsi
IX tur
16:00. Qazaxıstan – Azərbaycan
Baş hakim: Denis Şurman (Ukrayna)
Patra. “Pampeloponnisiako” stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...