Ramil Şeydayev azarkeşlərdən üzr istəyib

Millimizin futbolçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

SİA xəbər verir ki, bu barədə "Krılya Sovetov"un hücumçusu özünün "Feysbuk" səhifəsində yazıb: "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

R.Şeydayev matçdan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlər haqda da danışıb: "Müsahibə zamanı ağlamamışam, tərimi silirdim".

Qeyd edək ki, millimiz Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda yığmamızın yeganə qolunu R. Şeydayev vurub.

Hücumçumuz həmin məğlubiyyətdən dərhal sonra oyunla bağlı fikirlərini bu cür ifadə etmişdi: "Pis oynadığımız üçün uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə kifayət etmədi. Gərək çox işləyək, çox məşq edək. O zaman hər şey yaxşı olacaq ".

Bütün xəbərlər Facebook səhifəmizdə