İlkay Gündoğan “Mançester Siti”də qalacaq

“Mançester Siti” futbolçusu İlkay Gündoğanı komandada saxlamağa qərar verib.

SİA “Sky Sports”a istinadən xəbər verir ki, “şəhərlilər” türk əsilli futbolçunu transferə çıxarmayacaq.

“Mançester Siti” ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyən Almaniya millisinin üzvü 2020-ci ildə - sözləşməsi başa çatdıqdan sonra azad agent statusu ilə digər kluba keçə bilər. Buna baxmayaraq, “Mançester Siti” futbolçusunu komandada saxlamağı üstün tutub. Ona yeni müqavilə təklif ediləcəyi də ehtimal edilir.

Xatırladaq ki, İ.Gündoğanla Almaniyanın iki komandası - "Bavariya" və "Borrusiya"nın (Dortmund), həmçinin, "Yuventus"un maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə