Türkiyə Superliqasında yeni mövsümdən oynamaq hüququ qazanan sonuncu komanda müəyyənləşib.
SİA-nın “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, bu komanda "Hatayspor"a qalib gələn "Gazişehir Gaziantep"dir. Komanda 1-ci liqanın pley-off oyununda əsas və əlavə vaxtları 1:1 hesabı ilə başa çatan matçda rəqibinə penaltilər seriyasında qalib gələrək (5:3) elitaya vəsiqə qazanıb.
Qeyd edək ki, bundan əvvəl "Dənizlispor" və "Gənclərbirliyi" yüksək liqada oynamaq hüququ əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə