İngiltərəli qonaq: "Azərbaycan çox gözəldir"

Bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında UEFA 2019 Avropa Liqasının final oyunu keçiriləcək.

Avropa Liqasının final oyununa azarkeşlik etmək üçün bir çox turistlər Azərbaycana qonaq gəlib. Londondan Bakıya gələn turist Devid Edni paytaxtımızla bağlı fikirlərini SİA ilə bölüşüb: "İngiltərədən Azərbaycana UEFA 2019 Avropa Liqasının final oyununu izləmək üçün gəlmişəm. İlk dəfədir Azərbaycanda səfərdəyəm. Hətta Bakını gəzmək fürsətim də oldu. Paytaxtınız çox gözəldir. Azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər. Paytaxtınızın sakinləri biz turistlərə hər zaman kömək edirlər. Buradakı təşkilatçılıq çox yüksək səviyyədədir. Bakıda yerləşən məkanlarınızın olduqca gözəldir. Xidmət səviyyəsidə yüksək dərəcədədir".

Bütün xəbərlər Facebook səhifəmizdə