"Çelsi”nin futbolçusu: "Azərbaycan gözəl ölkədir"

“Bu turnirdə hədəfimiz finala gedib çıxmaq idi. Buna nail olduğumuz üçün xoşbəxtəm. Həlledici oyunda da qalib gəlməyə çalışacağıq. Turnirin əvvəlindən bunun üçün çalışırıq". SİA-nın məlumatına görə, bu sözləri “Çelsi”nin futbolçusu David Luiz Britaniya mətbuatına deyib.

O, Avropa Liqasının finalında qarşılaşacaqları "Arsenal"ın futbolçusu Henrik Mxitaryanın Bakıya gətirilməməyinə də münasibət bildirib: “Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a qarşı oynayan zaman Azərbaycanda olmaq imkanım oldu. Ora gözəl ölkədir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü mayın 29-u saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...