La Liqada mövsümün rəmzi komandası açıqlanıb

İspaniya La Liqasında 2018-19 mövsümünün rəmzi komandası açıqlanıb. SİA-nın məlumatına görə, “Marca” nəşrinin azarkeşlər arasında keçirdiyi səsvermə nəticəsində müəyyənləşən rəmzi komandada "Barselona"dan 4 futbolçu yer alıb.

Qapıçı: Yan Oblak (Atletiko);

Müdafiəçilər: Cene Dakonam (Xetafe), Jerar Pike, Jordi Alba (Barselona);

Yarımmüdafiəçilər: Pablo Sarabia (Sevilya), Dani Parexo (Valensiya), Rodri (Atletiko), İvan Rakitiç (Barselona);

Hücumçular: Yaqo Aspas (Selta), Kərim Benzema (Real), Lionel Messi (Barselona).

Bütün xəbərlər Facebook səhifəmizdə