”Barselona” son turda heç-heçə oynayıb

İspaniya çempionatında 2018-2019 mövsümünə yekun vurulub.

SİA-nın məlumatına görə, mövsümün son oyununda "Barselona" səfərdə "Eybar"la qarşılaşıb. Daha əvvəl çempionluğunu rəsmiləşdirmiş kataloniyalılar səfərdə 2:2 hesablı heç-heçəyə razılaşıblar. Qonaqların heyətində Messi 2 dəqiqə ərzində iki dəfə - 31 və 32-ci dəqiqələrdə fərqlənib. Meydan sahiblərinin qollarını isə 20-ci dəqiqədə Kukurella, 45-ci dəqiqədə isə De Blasis vurublar.

Qeyd edək ki, bu heç-heçədən sonra "Barselona" mövsümü 87, "Eybar" isə 47 xalla başa vurub.


Bütün xəbərlər Facebook səhifəmizdə