"Qəbələ" Azərbaycan kubokunun qalibidir

Bu gün Azərbaycan kubokunda 2018-2019 mövsümünün final qarşılaşması keçirilib.

SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilmiş həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.
İndiyədək kubokun üç finalında oynamış və hər üçündə məğlub olmuş “Qəbələ”, nəhayət istəyinə çatıb. Oyunun 4-cü dəqiqəsində Stiven Monrozun vurduğu qol Sənan Qurbanovun komandasına kuboku qazandırıb. Monrozun vurduğu qol “Azərbaycan kuboku” turnirinin finallarında vurulmuş ən erkən qol kimi tarixə düşüb.
"Sumqayıt" isə tarixində ilk səfə çıxdığı finaldan məğlub ayrılıb.
Qeyd edək ki, bu qələbə sayəsində “Qəbələ” ölkəmizi Avropa Liqasında təmsil etmək hüququ əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə