Bakının ən güclüləri müəyyənləşib - FOTOLAR

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında yeniyetmə və gənclər arasında qol güləşi üzrə paytaxt birinciliyi keçirib. BŞGİBİ-dən SİA-ya bildiriblər ki, yarışda Əli Mehdiyev (45 kq), Elbəy Əlimərdanov (50 kq), Sərdar Sadıqov (55 kq), Elsevər Qurbatov (60 kq), Fərid Teymurov (65 kq), İbrahim Məmmədəliyev (70 kq), Toğrul Ağakişiyev (75 kq), Əli Zeynalov (80 kq), Elxan Məmmədli (85 kq), Tərxan Müzəffərov (90 kq) və Vüqar Nəbiyev (90 kq-dan yuxarı) birinci olublar.

Qalib idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə