Azərbaycan millisi 3-cü ardıcıl qələbəsini qazanıb

İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 3-cü turun oyunları keçirilib. SİA-nın verdiyi məlumata görə, Slovakiya komandası ilə qarşılaşan Azərbaycan milli koman-dası növbəti uğura imza atmış və qələbə seriyasını davam etdirib.

Milli yığmamız rəqiblərini 11:7 hesabı ilə məğlub edərək yarışın favoritləri sırasında əsaslı olaraq yer tutmalarını bir daha nümayiş etdiriblər.

Slovakiya yığmasını məyus edərək milli yığmamızı turnirin fi-nalının astanasına yüksəldən idmançılarımızın arasında Tərlan Qurbanəliyev və Əli Rzayev xüsusilə faydalı oyun göstəriblər.

Polo üzrə Avropa Çempionatının 28 sentyabr tarixində baş tutacaq 4-cü turunda milli yığmamız hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...