Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA-nın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir: "Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm. Allah dualarınızı qəbul etsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...