"Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir"

Finlandiyanın Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə münasibətlərində təhsil mühüm yer tuta, bu sahə daha da inkişaf etdirilə bilər. Bu sözləri müsahibəsində Finlandiyanın ölkəmizdəki səfiri xanım Arya Makkonen deyib.

“Təhsil hər bir ölkənin gələcək inkişafında əvəzolunmaz rol oynayır”, – deyən Finlandiya səfiri qeyd edib ki, yaxşı təhsilin nəticəsi olaraq yetişən yüksəkixtisaslı kadrların hesabına Finlandiya alternativ enerji mənbələrindən istifadəyə görə dünyanın ən qabaqcıl ölkələrindəndir. Bu gün Naxçıvanda da alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, ciddi göstərici, böyük nailiyyətdir.

Arya Makkonen deyib: “Yerli insanların “Avropa günləri”nə böyük marağı diqqətimi cəlb etdi. Digər tərəfdən Naxçıvan şəhərində nəzərimi cəlb edən təmizlik, səliqə-sahman oldu. Əlaqələrimizin inkişafına gəlincə, həm alternativ enerji mənbələrindən istifadə məsələsində, həm də təhsil sahəsində ölkənizlə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik”.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə