Xalq artisti rektor barədə sərt danışdı FOTO

Xalq artisti Faiq Ağayev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tənqid edib. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə A.Məhərrəmovun “caps”ını paylaşaraq “Varlığı ilə təhsil sisteminə ləkə gətirən tip” başlığını yazıb.

Bununla yanaşı, F.Ağayev özünün “Əldə bir qədəh şərab” adlı mahnısını yayımlayaraq keçmiş rektora söz atıb.

Xatırladaq ki, Abel Məhərrəmov Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən vəzifəsindən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə