Naxçıvanda Ulu Öndərin 101 illiyi münasibətilə yürüş təşkil olub - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Naxçıvan şəhərinin Heydər Əliyev prospekti boyunca hərbi marşın sədaları altında yürüş təşkil olunub. SİA xəbər verir ki, yürüşə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ictimaiyyət nümayəndələri, gənclər qoşulublar.

İştirakçılar üçrəngli Dövlət Bayrağımızı dalğalandırıb, vətənpərvərlik ruhunda şüarlar səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə