"Ermənistanı ağır durumdan çıxara biləcək namizəd yoxdur" ETİRAF

“Mən dəfələrlə bəyan etmişəm ki, ölkədə əks-inqilabın baş verməsi üçün ilk növbədə inqilab olmalıdır. Lakin mən inqilabın izini görmürəm. Bəli, hakimiyyətdə dəyişiklik baş verdi lakin bu inqilab deyil. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa erməni birliklərinin Forumunun sədri Ashot Qriqoryan müsahibəsində deyib.

“Mən hələ də inanmıram ki, köhnə hakimiyyətin gözü baş nazirin arxasınca baxmır. Görünür, onlar Levon Ter-Petrosyanla birlikdə tamada kimi əl-ələ işləyirlər. Beləliklə biz indiki şəraitdə inqilabdan danışmalı deyil, güclü hakimiyyət dəyişikliyini görməliyik. Qara-ağ ayrılığı, əks-inqilab, mənə uzun müddət insanları bu cür tövsiyələrlə idarə edən bolşevikləri xatırladır. Ermənistanda yaşayan insanlar arzu etdiyi dəyişiklikləri görə bilməyəcəyindən qorxur”, - deyə Qriqoryan bildirib.

Koçaryana gəldikdə forum sədri söyləyib ki, sözügedən şəxs böyük səhv edərək milləti Serj Sarkisyana verərək kriminal-oliqarx sisteminin belini qırmadı və korrupsiya məhz onun dövründə daha da çiçəkləndi: “ 5 il bundan öncə, ona atılan palçıqdan təmiz və üzü ağ çıxmaq şansı vardı. Bu gün baş verənlər cəzalandıran Koçaryanın ən pis günahlarının nəticələrindən biridir. Əgər o vaxtilə düzgün siyasət aparsaydı o zaman indiki vəziyyətlərə düşməzdi”.

Qriqoryanın fikrincə, Ermənistanın düşdüyü vəziyyətdən xilas yolu güclü iqtisadiyyat qurmaqdır: “Bugünkü erməni siyasətinin vəziyyəti acınacaqlıdır. Hazırda baş nazir postuna Ermənistanı bu vəziyyətdən çıxara biləcək namizəd belə yoxdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə