Jalə Əliyeva: “İtaliya tərəfindən ölkəmizə qarşı isti münasibət görmüşük" ÖZƏL

“Ümumiyyətlə Azərbaycanın bütün qonşu ölkələrlə, eləcə də bilavasitə qonşu olmayan dünya ölkələri ilə dostluq və mehriban münasibətləri mövcuddur. Bu dövlət siyasətimizin əsas amillərindən, hədəflərindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbayca əlbəttə ki, bütün dünya ölkələri ilə tərəfdaşlıq, əməkdaşlıq edir: “Bu ölkələrin içərisində İtaliya ilə də münasibətlərimiz digər ölkələrlə olduğu kimi bu günə qədər səmimi və mehriban bir şəraitdə təməli qoyulub və davam etdirilir. İtaliya prezidentinin Azərbaycana səfəri özlüyündə də onu deməyə əsas verir ki, bu münasibətlər bu günə qədər normal bir şəkildə inkişaf edib. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün səylər göstərir. Bu gün hər iki ölkənin münasibətləri parlmentlərarası münasibətlərdə də tənzimlənir. Azərbaycan Milli Məclisində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupu mövcuddur. Eyni zamanda İtaliya parlamentində də bu Dostluq Qrupu mövcuddur. Biz illərdən bəri parlamentlər olaraq çox sıx əməkdaşlıq edirik. Biz tez-tez nümayəndə heyətlərini qəbul edirik. Azərbaycanda və İtaliyada bir çox sahələr üzrə biz münasibətlərin inkişaf etdirmək yollarını müzakirə edirik.

Şəxsən mən həmin qrupun üzvüyəm. Biz hər zaman İtaliya tərəfindən ölkəmizə qarşı isti münasibət görmüşük. Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İtaliya səfirliyi xüsusi bir tədbir keçirdi. Düşünürük ki, bütün bunlar onu deməyə əsas verir ki, İtaliya da Azərbaycan üçün münasibətlərin qurub inkişaf etdirilməsi mümkün olan ölkələrdən biridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə