Sona Vəliyeva: "Azərbaycan xalqını alçaltmaq istəyənlərin ölkəmizdə yeri yoxdur"

"Təəssüf edirəm ki, dövlətçiliyimizə xələl gətirən şəxslər mövcuddur. Özünü ziyalı adlanan şəxslərin Azərbaycana qarşı belə addımları pislənir. Vaxtilə özünü bizə tanıtdıran İbrahimbəyov hazırda özünə nifrət qazandırır". SİA-nın xəbərinə görə, bu fikirləri "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva deyib.

O bildirib ki, Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin bizə yadigar və əmanətdir: "Biz bu dövləti gələcək nəsillərə.çatdırmalıyıq. Xəyanətkarlara qarşı səsimizi qaldırmalı, mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil".

S.Vəliyeva söyləyib ki, Azərbaycan xalqını alçaltmaq istəyənlərin ölkəmizdə yeri yoxdur: "Azərbaycan xalqı 20 faiz torpağı işğal olan, torpağı talan olan xalqdır. Sən bu xalqı necə aşağılayan bilərsən? Oskar almaq istəyirsənsə get bunu başqa yerdə et. Mükafat almaq üçün Azərbaycan xalqını alçaltmaq istəyənlərin bu dövlətdə bir santimetr belə yeri yoxdur. Bəlkə də biz Əkrəm Əylisli məsələsində biraz yumşaq davrandıq deyə, o cəsarətləndi. Amma buna cəsarət deyil xəyanət demək olar".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Rüstəm İbrahimbəyovun ssenari müəllifiliy ilə çəkilən "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim olunublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...