Qərarların Qəbulu Prosesində Vətəndaş İştirakçılığı KONFRANS (YENİLƏNİR)

Bakıda Qərarların Qəbulu Prosesində Vətəndaş İştirakçılığı adlı konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransda Avropa Şurası Demokratiya Baş Direktorluğunun idarəçilik departamentinin rəhbəri, Avropa Şurası Bakı Ofisinin rəhbəri, millət vəkilləri və digərləri iştirak edir. Konfransa Avropa Şurası Bakı Ofisinin rəhbəri Zaldan Herneyş moderatorluq edir. Moderator bildirib ki, Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə üzərinə düşən öhdəliklərini yerinə yetirir. Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihə həyata keçirildiyini deyən moderator söyləyib ki, vətəndaş cəmiyyəti təşkilatları bu layihənin icrasına açıq şəkildə töhfə veriblər: "Bu əməkdaşlığın nəticəsi müasir, modern cəmiyyətin yaranmasına gətirib çıxaracaq. Bu gün bizim mövzumüza əsasən qərarların qəbulunda vətəndaş iştirakçılığıdır ki, bununla bağlı sənəd hazırlanıb. Konfransa təlimatlar haqqında danışılacaq. Əminik ki, müzakirələrdən sonra biz öz məqsədimizə nail olacağıq. Tədbirə görə, Azərbaycan hökumətinə təşəkkür edirik, Avropa Şurası daim əməkdaşlıq etməyə və öz töhfələrini verməyə hazırdır". "QHT qanunvericiliyi ilə bağlı hər kəsin fikir bildirməsinə ehtiyac var. Avropa İttifaqının da bu sənədin hazırlanmasında verdiyi maliyyə dəstəyinə görə təşəkkür edirik"- deyə Z.Hernyeş qeyd edib. Konfrans davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə