Hərbi rejim çökdü Sarkisyan istefa verdi (YENİLƏNİB)

Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi. SİA bu barədə Erməni mətbuatına istinadən məlumat verir.

S.Sarkisyan Ermənistan xalqına müraciətində bildirib: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm".

Qeyd edək ki, etiraz aksiyasının rəhbəri, deputat Nikol Paşinyan bu gün azadlığa buraxılıb və axşam qələbə mitinqinin keçiriləcəyini elan edib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə