“Münaqişənin həlli ilə bağlı prinsiplər artıq bəllidir” MÜNASİBƏT

“Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bu mövqeyi bəyan edib ki, münaqişənin həlli mərhələli bir yolla mümkündür: “Münaqişənin həllinin əsaslarını təşkil edən prinsiplər də artıq bəllidir. Beləcə, münaqişənin həlli üzrə bir “Yol Xəritəsi”də məlumdur. Burada ilkin və vacib olan addım Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsidir ki, burada da münaqişənin həlli üzrə növbəti mərhələlərin atılması üçün zəmin yaranmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə