MTRŞ-da monitorinqlərin nəticələrinə dair konfrans keçirilir YENİLƏNİR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2017-ci ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilir.

SİA-nın verdiyi məlumata görə, konfransda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə