İtaliya uşaqlarda piylənmə hallarına dörə Avropada birincidir

İtaliyada 6-9 yaşarası uşaqların üçdə biri piylənmədən əziyyət çəkir. Bu da Avropada ən yüksək göstəricidir.

SİA xəbər verir ki, bu barədə İtaliyanın “Helpcode” qeyri-hökumət təşkilatı hesabat xarakterli məlumat yayıb.

Hesabatda artıq çəkinin qızlar ilə müqayisədə oğlanlar üçün daha böyük problem yaratdığını və ən ağır vəziyyətin ölkənin Kampaniya regionunda müşahidə olunduğu qeyd olunur. Bu bölgədə uşaqların 40 faizindən çoxu artıq çəkiyə sahib olmaqla artıq piylənmədən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...