Qəza nəticəsində məşhur futbolçunun həyat yoldaşı ölüb

Dünən yerli vaxtla saat 20.05-də Ukraynanın Lvov şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı qəza törədib.

SİA-nın Ukrayna kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası məlumat yayıb.

Hadisə Qorskoy,5 ünvanında baş verib. Azərbaycanlı "Mersedes-Benz" markalı avtomobillə piyadanı vurub. Qəza nəticəsində ağır travma alan 77 yaşlı qadın hadisə yerinə ölüb.

Hüquq-mühafizə orqanlarından "Ukraїnskі Novini" nəşrinə verilən məlumata görə, ölən qadın Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimp-L" uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq hakim Lyubov Rassıxinadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...