Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermaların birindən 27 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. SİA-ya DİN-dən verilən xəbərə görə, sentyabrın 22-nə keçən gecə baş verən hadisədən xəbər tutan polis dərhal əməliyyata başlayıb və oğurluğun Sumqayıt şəhər sakinləri olan 3 nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Sumqayıt ŞPİ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nemət Abbasov, Səyyad Hümbətov və Mahir Aslanov Sumqayıt şəhərinin ərazisində saxlanılıblar.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini M.Adgözəlovun 16 baş qoyununu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə