Ölkəmizin xoşbəxt gələcəyinə səs verdim FOTO

Gəncə şəhər 20 saylı tam orta məktəbdə yerləşən 40 saylı Kəpəz II (Gəncə) Seçki Dairəsinin 9 saylı məntəqəsində seçicilər mütəşəkkilliklə öz istədikləri namizədlərə səs verirlər.

SİA-nın verdiyi məlumata görə, 9 saylı məntəqə seçki komissiyasının sədri Füzuli Mustafayev bildirib ki, 1462 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Səhərdən insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusuna yol verilməyib. Müşahidəçilər və KİV nümayəndələri də seçki prosesini izləyirlər.

Seçicilər arasında gənc bir vətəndaş diqqətimizi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir səs verir. 18 yaşı aprelin 11-də tamam olur. İlk dəfə səs verən gəncə- Fərid Həsənova Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş "İlk dəfə səs verən seçici" vəsiqəsi və hədiyyə təqdim olunub.

Gənc seçici Fərid Həsənov ürək sözlərini bizimlə bölüşdü:

-Azərbaycan Texnologiya Universitetinin tələbəsiyəm. Çox həyəcanlıyam. Qohumlarımla birlikdə seçki məntəqəsinə gəldik. Məntəqədə əsl toy-bayram əhval-ruhiyyəsi var. Mənim kimi gənclər, ata-analar, qocalar, bir sözlə, hamı böyük sevinc və fərəh hissilə məntəqəyə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirir. Mən də öz səsimi milyonların səsinə qataraq ölkəmizin xoşbəxt gələcəyinə səs verdim.

Gəncə şəhər 20 saylı tam orta məktəbdə yerləşən 40 saylı Kəpəz II (Gəncə) Seçki Dairəsinin 9 saylı məntəqəsində seçicilər mütəşəkkilliklə öz istədikləri namizədlərə səs verirlər.

9 saylı məntəqə seçki komissiyasının sədri Füzuli Mustafayev bildirib ki, 1462 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Səhərdən insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusuna yol verilməyib. Müşahidəçilər və KİV nümayəndələri də seçki prosesini izləyirlər.

Seçicilər arasında gənc bir vətəndaş diqqətimizi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir səs verir. 18 yaşı aprelin 11-də tamam olur. İlk dəfə səs verən gəncə- Fərid Həsənova Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş "İlk dəfə səs verən seçici" vəsiqəsi və hədiyyə təqdim olunub.

Gənc seçici Fərid Həsənov ürək sözlərini bizimlə bölüşdü:

-Azərbaycan Texnologiya Universitetinin tələbəsiyəm. Çox həyəcanlıyam. Qohumlarımla birlikdə seçki məntəqəsinə gəldik. Məntəqədə əsl toy-bayram əhval-ruhiyyəsi var. Mənim kimi gənclər, ata-analar, qocalar, bir sözlə, hamı böyük sevinc və fərəh hissilə məntəqəyə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirir. Mən də öz səsimi milyonların səsinə qataraq ölkəmizin xoşbəxt gələcəyinə səs verdim.

Bütün xəbərlər Facebook səhifəmizdə