Xətai rayonunda seçicilərin fəallığı yüksəkdir SƏS TV

Xətai rayonunda seçici fəallığı müşahidə olunmaqda davam edir. SİA xəbər verir ki, rayonun 36 saylı Xətai 4-cü Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində Albaniyadan olan müşahidəçilər - Killa Hir və Myosha Klajda seçki prosesinin şəffaf olduğunu bildiriblər və qeyd ediblər ki, müşahidə etdikləri digər məntəqələrdə də fəallıq müşahidə olunub.

Rayonun 36 saylı Xətai 4-cü Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində Qazaxıstandan olan müşahidəçilər Anamin Maxatxan və Yessengeldinov Aitzhan bildiriblər ki, Azərbaycanda müşahidə etdikləri seçkilər xalqda bayram ovqatı yaradır. Bunun nəticəsidir ki, bütün məntəqərdə seçki aktivliyini və demokratik səsvermə prosesini müşahidə ediblər.

36 saylı Xətai 4-cü Seçki Dairəsinin 25 saylı seçki məntəqəsinin sədri İbrahimova Münəvvər bildirib ki, seçki prosesində seçici aktivliyi kifayət qədərdir və günün birinci yarısına qədər 300-dən çox seçici səs verib.

33 saylı Xətai 4-cü Seçki Dairəsinin 9 saylı seçki məntəqəsinin müstəqil müşahidəçiləri Əhmədov Xanəhməd, Qazıyev Malik, Budaqova Lalə, Hüseynova Xalidə və sairələri heç bir seçki pozuntusunun qeydə alınmadığını və səsvermə prosesinin şəffaf keçdiyini bildiriblər.

33 saylı Xətai 4-cü Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində müşahidəçi qismində fəaliyyət göstərənlər - Ləman Əliyeva (AVCİYA), Leyla İsmayılova (müstəqil müşahidəçi), İsmayılov Rövşən (ASDP), Dadaşov Yaşar (ADP), Qurbanov Ramin (MMP) bildiriblər ki, seçkilər tam şəffaf şəkildə keçirilir və heç bir qanun pozuntusu ilə qarşılaşmayıblar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə