Seçkilər yüksək səviyyədə təşkil olunub MDB müşahidə missiyasının üzvü

Seçkilər yüksək səviyyədə təşkil olunub. Səsvermə prosesi beynəlxalq normalara uyğun davam edir.

SİA-nın məlumatına görə, bu fikirləri səsvermənin gedişini izləyən MDB müşahidə missiyasının üzvü Valeh Abbasov (Başqırdıstan) bildirib:“Səhər saatlarından səsvermənin gedişini izləyirik. Məntəqələrə baş çəkirik, seçki prosesini müşahidə edirik. Günün sonuna qədər prosesi izləyəcəyik. Sonda müşahidələrimizin yekunu ilə bağlı məlumatı açıqlayacağıq. İndiyə qədər apardığımız müşahidələr təşkilatçılığın yüksək səviyyədə olduğunu deməyə əsas verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə