İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

İsveç hökuməti "İsveç demokratları" ultrasağçı millətçi partiyasının "troll fabriki" yaradaraq sosial şəbəkələrdə anonim hesablarla iş gördüyü məlum olduqdan sonra təcili müşavirə çağırıb.

SİA barədə xəbər verir ki, hesablarda hakimiyyətdəki partiyalara qarşı yönəlmiş və bununla da partiyalara hörmət prinsipini pozan yazılar dərc edilib. Sonradan 45 hesab silinib.

Müxalifətin fikrincə, müşavirə zamanı hakimiyyətdəki partiyalar “İsveç demokratları” qarşısında əyildilər.

"Parçalanmaya səbəb olan, daxili təhlükə yaradan "troll fabriki"nin bağlanması lazımdır. Hakim partiyada bu barədə düşünmürlər və “İsveç demokratları” ilə münasibətləri ölkənin qayğısından üstün tuturlar", - deyə Sosial Demokrat müdafiə komitəsinin sədri Piter Hultkvist vurğulayıb.

Mərkəz partiyasının lideri Məhərrəm Demirokun sözlərinə görə, bu, Tidö partiyalarının məsələyə ciddi yanaşdıqları təəssüratını yaradan daxili manipulyasiyadır. Bu cür fəaliyyətin davam etməsi üçün “İsveç demokratları”na yaşıl işıq yandırılır.

Sol Partiyanın lideri Nuşi Dadqostar hesab edir ki, indi baş nazir məsuliyyəti öz üzərinə götürməlidir.

"Görünür, bütün vəziyyəti “İsveç demokratları” idarə edir, Ulf Kristersson isə bunun öhdəsindən gələ bilmir”, - deyə o, qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə